SON XƏBƏRLƏR

Qarabağ əvəzinə pul təklifi Bakıda cazibəli görünür

2021.10.20, 07:36
Qarabağ əvəzinə pul təklifi Bakıda cazibəli görünür

Gunaz.tv
Qarabağ əvəzinə pul təklifi Bakıda cazibəli görünür Ermənistan prezidenti Serj Sarkisyan BBC-yə verdiyi müsahibədə bəyan edib ki, əgər Azərbaycan Dağlıq Qarabağa sərmayə qoymağa çalışsa, o zaman bəlkə bu bölgənin əhalisi Azərbaycanın tərkibində qalmaq perspektivinə münasibətini dəyişər. Ermənistan liderinin bu mülahizəsi Azərbaycan paytaxtında politoloq və icmalçılar tərəfindən geniş şərh olunur. Bakıda Ermənistan dövlət başçısının Dağlıq Qarabağa sərmayələr barədə bəyanatı aparıcı yerli qəzetlərinin və xəbər saytlarının əsas mövzularından biridir. Bəzi şərhlər Serj Sarkisyanın bəyanatını “pul müqabilində sülh” kimi yozur. Rəsmilərə gəlincə, onlar deyir ki, erməni tərəfi ilk dəfə deyil ki, iqtisadi məzmunlu təkliflər səsləndidir. Milli Məclisin beynəlxalq əlaqələr komissiyasının sədri Səməd Seyidov deyir ki, Qarabağ münaqişəsinə münasibətdə iqtisadi amil siyasi çözümü deyil, siaysi çözüm iqtisadi əməkdaşlıq amilini yetişdirməldir. Onun zənnincə, hərbi münaqişə bölgəsinə pul yatırmağa aqlı başında olan heç bir sərmayəçi getməz. Bununla belə, Səməd Seyidov prinsipcə erməni tərəfi ilə iqtisadi əməkdaşlğın əleyhdarı deyil. "Amma bir şərtlə - Yerevan öz beynəlxalq davranışını dəyişməli və Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır" . Bu arada yerli mətbuat iddia edir ki, Azərbaycan və Türkiyə prezidentlərinin son Bakı görüşündə Ermənistanla sərhədlərin açılması və ticarət münasibətlərinin yaradılması ideyası ətrafında fikir mübadiləsi aparılıb. Ankarının müəllifi olduğu iddia edilən bu ideyanın Yerevanı sülhə sövq emtək məramı daşıdığı deyilir. Politoloq Zərdüşt Əlizadə Sarkisyanın son bəyanatını aqlabatan ideya adlandırır. O deyir ki, Dağlıq Qarabağ üzərində suverenliyi hərbi yolla bərpa edə bilməyən Bakı bunu pulla edə bilər. "Azərbaycan iqtisadiyyatı Daqlığ Qarabağı tam "həzm" edə bilər", - deyib Zərdüşt Əlizadə. Öz növbəsində İqtisadi Tədqiqatlar Mərkəzindən Qubad İbadolqu Dağlıq Qarabağın iqtisadi inkişaf baxımından bərbad vəziyyətdə oldğunu və onun bərpasının böyük pullar tələb edəcəyini düşünür. O deyib ki, burada söhbət bir neçə milyard dollarlıq vəsaitdən gedir. Elə bu arada məlum olub ki, hazırkı aktivəri 10 milyard dollar təşkil edən Azərbaycan Neft Fondunun maliyyə imkanları 2010-cu ildə 7 dəfə artacağı proqnozlaşdırılır. Belə bir proqnozla son mətbuat konfransında fondun prezidenti Şahmar Mövsümov çıxış edib. express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar