SON XƏBƏRLƏR

Mobil telefonlar uşaqlarda xərçəng risqini artırır

2021.10.20, 07:36
Mobil telefonlar uşaqlarda xərçəng risqini artırır

Gunaz.tv
Mobil telefonlar uşaqlarda xərçəng risqini artırır Uşaqların beyinləri balaca və kəllə sümükləri nazik olduğu üçün radiasiyaya daha həssasdır İsveçli tibb alimləri apardıqları araşdırmadan sonra belə qənaətə gəliblər ki, xərçəng risqini beş dəfə artırdığı üçün mobil telefonlardan uşaqların istifadə etməsi təhlükəlidir. Londonda keçirilən bir simpoziumda çıxış edən isveçli alimlər bildiriblər ki, sinir sistemi inkişaf dövründə olduğuna görə 16 yaşdan aşağı uşaqlar telefonların yaydığı radiasiyaya daha həssasdırlar. Uşaqların beyinləri balaca və kəllə sümükləri nazik olduğu üçün radiasiya şüaları beyinə tez təsir edir. Araşdırma nəticəsində alimlər onu da sübut ediblər ki, mobil telefondan erkən yaşlarından istifadə edənlərin də xərcəngə tutulması risqi böyükdür. "Orebro" Universitetinin klinikasının həkimi, professor Lennart Hardell bildirib ki, 20 yaşından tez mobil telefon istifadə etməyə başlayan şəxslərdə sinir sistemi xərçənginə- qliomaya tutulma risqi digərlərindən 5 dəfə çoxdur. Professor Hardell evdə istifadə edilən simsiz telefonların da qlioma risqini 4 dəfə artırdığını əlavə edib. Uşaqların mobil telefona böyük marağının olduğunu qeyd edən alimlər valideynlərə məsləhət görürlər ki, 12 yaşadək uşaqlara yalnız xüsusi məqamlarda onlardan istifadə etməyə icazə versinlər. Qeyd edək ki, hazırda İngiltərədə 90 min insanın üzrində mobil telefonla əlaqədar müxtəlif araşdırmalar aparılır. AYXAN express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar