SON XƏBƏRLƏR

MSK İqbal Ağazadəyə xəbərdarlıq etdi

2021.10.20, 07:36
MSK İqbal Ağazadəyə xəbərdarlıq etdi

Gunaz.tv
MSK İqbal Ağazadəyə xəbərdarlıq etdi article_1222089021.gif QayNar: Bu gün Mərkəzi Seçki Komissiyası nəzdində mətbuat qrupunun növbəti iclası keçirilib. İclasda əvvəlcə Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədovun müraciətinə baxılıb. Bu barədə "qaynar.info" AzərTAc-a istinadən xəbər verir. Xatırladaq ki, Ə.Əhmədov müraciətində prezidentliyə namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadənin seçki təşviqatına start verilməmiş kütləvi şəkildə yaydığı disklərdə namizədliyini dəstəkləməyə çağırışlar olduğunu bildirərərk, Seçki Məcəlləsinin tələblərinin pozulduğunu qeyd etmişdi. Sentyabrın 18-də mətbuat qrupu müraciətlə bağlı müzakirələr aparsa da, qərar verə bilməmişdi. Bugünkü müzakirələrdən sonra Ümid Partiyasının qanun pozuntusuna yol verdiyi qənaətinə gəlinib və partiyanın səlahiyyətli nümayəndələrinə Seçki Məcəlləsinin tələblərinə əməl olunması barədə xəbərdarlıq olunub. Ümid Partiyasının müraciətinə də baxılıb. Bu müraciətdə isə Yeni Azərbaycan Partiyasının sentyabrın 17-də keçirdiyi seçkiqabağı təbliğat tədbirində dövlət qulluqçularının iştirakının yolverilməzliyi bildirilirdi. Lakin MSK Ümid Partiyasının iddiasını əsassız sayıb. // T.İsmayılov, QayNar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar