SON XƏBƏRLƏR

İRANIN(GÜNEY AZƏRBAYCAN) HÜQUQ MÜDAFİƏÇİLƏRİ BEYNƏLXALQ MÜKAFATA LAYİQ GÖRÜLÜBLƏR

2021.10.20, 07:36
İRANIN(GÜNEY AZƏRBAYCAN) HÜQUQ MÜDAFİƏÇİLƏRİ BEYNƏLXALQ MÜKAFATA LAYİQ GÖRÜLÜBLƏR

Gunaz.tv
İRANIN HÜQUQ MÜDAFİƏÇİLƏRİ BEYNƏLXALQ MÜKAFATA LAYİQ GÖRÜLÜBLƏR nesrinsutude1.jpg Nəsrin Sütudə shirinibadi-mukafat1.jpg Şirin İbadi İranın məşhur qadın hüquq müdafiəçiləri insan haqları uğrunda apardıqları fəaliyyətə görə beynəlxalq mükafata layiq görülüblər. «Media forum» saytının məlumatına görə, Almaniya Protestanları Akademiyası 10 min avro məbləğində olan «Tolerantlıq mükafatı»nı sülh üzrə Nobel mükafatı laureatı Şirin İbadiyə verib. Akademiyanın bununla bağlı yaydığı bəyanatda deyilir: «Şirin İbadi məhdudiyyət və qadağalara, dəfələrlə ölümlə təhdid olunmasına baxmayaraq İran hökumətindən narazı olanların müdafiəsini öz üzərinə götürüb». Mükafatlandırılan digər iranlı hüquq müdafiəçisi Nəsrin Sütudədir. Onu İtaliyanın Miran şəhərində fəaliyyət göstərən Beynəlxalq Qadın Muzeyləri Şəbəkəsi insan haqları üzrə mükafatının 2008-ci ildəki qalibi elan edib. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar