SON XƏBƏRLƏR

Güney təşkilatları Avropada aksiyalar keçirəcək

2021.10.20, 07:36
Güney təşkilatları Avropada aksiyalar keçirəcək

Gunaz.tv
Güney təşkilatları Avropada aksiyalar keçirəcək Güney təşkilatları Avropada aksiyalar keçirəcək Məqsəd Azərbaycan türklərinin haqq səsini dünya ictimaiyyətinə çatdırmaqdır Turqut Bu gün Böyük Britaniyada fəaliyyət göstərən Güney Azərbaycanlılar Təşkilatı İranda Azərbaycan türkcəsində təhsilə qadağaya və fars dilində məcburi təhsilə etiraz əlaməti olaraq London şəhərində İngiltərə parlamentinin binası qarşısında aksiya keçirəcək. Təşkilatın yaydığı məlumatda bildirilir ki, Mehr ayının biri (23 sentyabr) İranda məktəblərin açılışı, eyni zamanda qeyri-fars millətlərinin uşaqlarına fars dilində məcburi icbari təhsilin verilməsinin başlandığı gündür: "Bir əsrə yaxındır İranda öz tarixi torpaqlarında yaşayan Azərbaycan türkləri müxtəlif milli, siyasi, iqtisadi və mədəni şəkildə hüquq tapdalanmasına məruz qalıb. Fars dilində icbari təhsil Azərbaycan türklərini və digər qeyri-fars millətlərini assimilyasiyaya uğradaraq farslaşmaq məcburiyyətində qoyub. 85 ildir fars dili İranda rəsmi dildir, Azərbaycan türkcəsi qadağan edilib. Beləliklə, fars şovinistləri Azərbaycan türklərini ən əsas haqlarından, yəni onları ana dilində təhsil almaqdan məhrum edib. Biz Böyük Britaniyada yaşayan azərbaycanlılar olaraq, İranda Azərbaycan türkcəsinin rəsmi dil olmasını, Azərbaycan türkləri və digər qeyri-fars millətlərinin milli-mədəni haqlarının tapdalanmasına son qoyulmasını istəyirik". Sentyabrın 21-də isə İsveçdə fəaliyyət göstərən Oyanış, Babək-Azərbaycan Kurslar, Qadınlar və Yanar Təbriz dərnəklərinin təşəbbüsü və təşkilatçılığıyla Göteborq şəhərində etiraz aksiyası keçiriləcək. Piket fars şovinizminin assimilyasiya siyasətinə və milli fəalların həbs olunmasına etiraz əlaməti olaraq təşkil olunacaq. Təşkilatların birgə bildirişində qeyd edilir ki, 1 Mehr Güney Azərbaycan məktəblərində assimilyasiya siyasətinin rəsmi başlanğıc günüdür. Yəni İranda Bilik günüdür: "Həmin gündən başlayaraq fars olmayan milyonlarla uşaq və gəncin istəyi və ana haqlarına baxmayaraq, yalnız fars dilində təhsil almaq məcburiyyətində qalmaqdadırlar. 100 ilə yaxındır ki, fars şovinist rejiminin assimilyasiya siyasəti səssiz soyqırım kimi sürməkdə dəvam edir. Dünyada insan haqlarıyla bağlı bütün etibarlı anlaşmaların təməl maddələrini ana dilində təhsil almaq haqqı təşkil edir. Bu haqq dünyada qəbul olunmuş ən ilkin insan haqqı sayılsa da, fars şovinist rejimi tərəfindən kobudcasına pozulmaqdadır". Sənəddə qeyd olunur ki, rejim hər bir bəhanəylə qeyri-fars millətlərini öz ana dilindən uzaq tutmaq üçün bütün vasitələrə əl atır. "Ettelaat" yüzlərlə Güney Azərbaycan Milli Hərəkat fəalını, yazarı, tələbəni və hüquq müdafiəçilərini evlərindən, iş yerlərindən oğurlayaraq naməlum yerlərə aparır və işkəncələrə məruz qoyur. Son günlərdə Əlirza Sərrafi, Həsən Raşidi, Əkbər Azad, Səid Muğanlı, Abbas Nəimi, xanım Əkrəm Nəccari Givi, Mehdi Nəimi Ərdəbili, Səccad Radmehr, Fəraz Zehtab, Aydın Xaceyi, Dariyuş Hatəmi, Mənsur Əminian, Əmir Mərdani, Maqsud Əhdi, Məcid Makuyizad, Səid Məhəmmədi, Səyyad Məhəmmədian, Həsən Rəhimi Bayat kimi tanınmış fəalların həbsi bu gerçəyin aydın göstəricisidir. İslam pərdəsi altında gizlənən fars şovinist rejimi son basqılarıyla Güney Azərbaycan Milli Hərəkatı qarşısında çarəsizliyini bir daha göstərmiş oldu. Bu gün həbsxanalarda Abbas Lisani, höccətülislam Əbdüləziz Əzimiqədim və Elman Nuri kimi fəallar mübarizə simvoludur. Fars şovinist rejiminin millətimizə qarşı planlarını ifşa etmək üçün birgə hərəkət etməliyik. Ona görə də biz İsveçin Göteborq şəhərində yaşayan azərbaycanılar əl-ələ verərək ulu millətimizin haqq səsini dünya ictimaiyyətinə çatdırmaq niyyətindəyik". Sentyabrın 27-də isə Almaniyanın Köln şəhərində Domplatte am Römerbogen meydanında sentyabrın 10-da Tehranda bir iftar məclisində 20-yə milli fəalın həbsinə etiraz əlaməti olaraq aksiya keçiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar