SON XƏBƏRLƏR

Türkiyə Azərbaycan və Ermənistanla danışıqlara başladı

2021.10.20, 07:36
Türkiyə Azərbaycan və Ermənistanla danışıqlara başladı

Gunaz.tv
Türkiyə Azərbaycan və Ermənistanla danışıqlara başladı Elmar Məmmədyarov: "Hamını razı salan həll istəyirik" QayNar: Bazar günü Türkiyənin xarici işlər naziri Əli Babacan Azərbaycanlı həmkarı Elmar Məmmədyarov və Nyu-Yorkdakı “Türk evi”ndə görüşüblər. Bu barədə "qaynar.info" BBC-yə istinadən xəbər verir. Məlumata görə, bu həftə ərzində onlara Ermənistan xarici işlər naziri Eduard Nalbandyanın da qoşulacağı və BMT-nin iqamətgahında üçtərəfli görüşün keçiriləcəyi gözlənilir. Əli Babacanın cümə günü Eduard Nalbandyanla da görüşəcəyi gözlənilir. Üçtərəfli danışıqların da məhz bu görüşdən sonra baş tutacağı söylənir. Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Burak Özügərgin deyib ki, Türkiyə qonşu Gürcüstanda həyatın normallaşmasına çalışır və Ankara hesab edir ki, Qafqazlarda baş vermiş son münaqişədən sonra regionun problemlərinə yenidən baxılmasına ehtiyac var. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyəli həmkarına təşəkkürünü bildirib və deyib ki, Azərbaycan ərazi probleminin heç bir tərəfin uduzmayacağı formatda həllini istəyir. Cənab Məmmədyarov həmçinin Türkiyənin təklif etdiyi Qafqazda Əməkdaşlıq və sabitlik Platformasına da tərəfdar olduğunu bildirib. O bildirib ki, Azərbaycan Türkiyənin vasitəçiliyi ilə üçtərəfli danışıqlara müsbət yanaşır. Əli Babacan BMT Baş Assambleyasının 63-cü sessiyasının kluarlarında 40-dək xarici işlər nazirləri ilə görüşlər keçirməlidir. O, həmçinin bu gün Astoriya-Waldorf otelində Amerikanın dövlət katibi Kondoliza Raysla görüşəcək. // Natiq Kamal, QayNar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar