SON XƏBƏRLƏR

Kondoliza Rays: "ABŞ Qarabağ probleminin həlli üzərində ciddi çalışır"

2021.10.20, 07:36
Kondoliza Rays: "ABŞ Qarabağ probleminin həlli üzərində ciddi çalışır"

Gunaz.tv
Kondoliza Rays: "ABŞ Qarabağ probleminin həlli üzərində ciddi çalışır" VAŞİNQTON ENERGETİKA SAHƏSİNDƏ AZƏRBAYCANLA ƏMƏKDAŞLIĞI GENİŞLƏNDİRMƏK NİYYƏTİNDƏDİR "Biz Rusiyanın bəzi arxaik "nüfuz dairəsi zonalarında" suveren millət və xalqların daxili işlərinə istənilən müdaxilə cəhdlərinə müqavimət göstərəcəyik". APA-nın məlumatına görə, bu fikirləri ABŞ-ın dövlət katibi Kondoliza Rays bəyan edib. Onun sözlərinə görə, ABŞ və Avropa İttifaqı Qafqaz ölkələri ilə əlaqələri möhkəmlətmək siyasəti yürüdür: "Biz Dağlıq Qarabağ kimi regional problemlərin həlli üzərində ciddi çalışır, həmçinin Türkiyə kimi dostlarımız və müttəfiqlərimizlə Qafqazda əməkdaşlığın əsaslarını formalaşdırmaq üzərində işləyirik". Kondoliza Rays qeyd edib ki, ABŞ və Avropa İttifaqı energetika sahəsində Azərbaycan, Gürcüstan, Türkiyə və digər Xəzəryanı ölkələrlə əməkdaşlığı genişləndirmək niyyətindədir. "Türkiyə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində Azərbaycanın daha çevik mövqedən çıxış etməsi üçün öz nüfuzundan istifadə edə bilər". APA-nın "Novosti-Armenia"ya istinadən yaydığı məlumata görə, bu açıqlamanı isə jurnalistlərə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan verib. ATƏT-in Minsk Qrupunun həmsədri Metyu Brayzanın "Türkiyə Ermənistanın daha çevik mövqedən çıxış etməsinə yardım göstərə bilər" fikirlərinə münasibət bildirən Edvard Nalbandyan qeyd edib ki, həmsədr səhvə yol verib: "O yəqin ki, Ermənistan deyil, Azərbaycan demək istəyirmiş. Həm Türkiyə, həm də Azərbaycan rəhbərləri dəfələrlə "Biz bir millət, iki dövlətik" ifadəsini işlədiblər. Bu kontekstdə Türkiyənin Ermənistana təsir etməsi fikri məncə bir az şişirdilib". Edvard Nalbandyan Nyu-Yorkda Türkiyə və Azərbaycandan olan həmkarları ilə üçtərəfli görüşün əleyhinə olmadığını bildirib: "Hələ sentyabrın 6-da İrəvanda Türkiyənin xarici işlər naziri Əli Babacanla görüşümüz zamanı bu görüş barədə razılıq əldə olunub. Cənab Babacan görüşün üçtərəfli formatda keçirilməsini təklif edib. Mən belə bir görüşün keçirilməsinin əleyhinə deyiləm". Ermənistan xarici siyasət idarəsinin rəhbəri qeyd edib ki, bu gün Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün yaxşı əsaslar var: "Bu əsaslar bütün ölkələrin regional əməkdaşlığı üçün yaxşı imkanlar yarada bilər". ATƏT-in Minsk Qrupu formatının özünü doğrultduğunu bildirən Edvard Nalbandyan qeyd edib ki, bu format beynəlxalq ictimaiyyət tərəfindən də dəstəklənir: "Münaqişənin nizamlanması istiqamətində danışıqlar davam edir. Bu danışıqlar əvvəlki formatda və Minsk Qrupunun təklif etdiyi əvvəlki təkliflər əsasında aparılır". 525

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar