SON XƏBƏRLƏR

Təbrizdə həbsdə saxlanılan tələbələrin ailələri prokurorlarla görüşüb

2021.10.20, 07:36
Təbrizdə həbsdə saxlanılan tələbələrin ailələri prokurorlarla görüşüb

Gunaz.tv
Təbrizdə həbsdə saxlanılan tələbələrin ailələri prokurorlarla görüşüb DAK informasiya mərkəzinə daxil olan məlumata əsasən 20 sentyabr 2008-ci il tarixində iki ay öncə Təbrizdə naməlum şəkildə həbs edilən tələbələrin ailələri Təbrizin baş prokuroru ilə görüşüblər. Soydaşlarımızın ailələri övladları ilə yaxından görüşmək istədiklərini bildirsələr də bu imkan yaradılmayıb. Prokuror soydaşlarımızın ailələrini təhdid edərək bildirib ki, bundan artıq bu işlə maraqlansanız sizləridə həbs edəcəyik.Sizində həbsiniz üçün bizdə kifayət qədər faktımız var, gedin sakit oturun, yoxsa sizi də həbs edərik. Prokurorun birinci müavini Xəlilullahi bildirib ki, onların işi ilə bağlı istintaq getdiyi üçün həbs müddəti uzadıla bilər. Xatırladaq ki, iki ay öncə həbs edilən Fəraz Zehtab, Aydın Xaceyi, Əmir Mərdani, Daryuş Hatəmi, Məcid Makuyi bu günə qədər ailələrilə heç bir görüş keçirə bilməyiblər. Mənsur Əminiyan və Məqsud Əhdi isə yaxın günlərdə Təbriz həbsxanasının təknəfərlik kameralarında ağır şəraitdə saxlanırlar. İnqilab məhkəməsi soydaşlarımızı girov müqavilində müvəqqəti azadlığa buraxılmalarına da icazə verməyir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar