SON XƏBƏRLƏR

Çexiyanın Pakistandakı səfiri həlak olub

2021.10.20, 07:36
Çexiyanın Pakistandakı səfiri həlak olub

Gunaz.tv
Çexiyanın Pakistandakı səfiri həlak olub bombblast.jpg Pakistanın baş naziri Yusuf Raza Gilani Çexiyanın Pakistandakı səfirinin İslamabadda Mariott Hotel mehmanxanasında şənbə günü baş vermiş partlayış zamanı ölənlərin arasında olduğunu təsdiq edib. 47 yaşlı Çexiya səfiri İvo Zdarek həlak olan ən azı 50 nəfərdən biridir. Partlayış nəticəsində 260 nəfərdən çox insan yaralanıb. Səfir İvo Zdarek Pakistana bir ay bundan əvvəl təyinat almışdı. Buna qədər o Vyetnamda qulluq edirdi. Xilasetmə dəstələri mehmanxana binasının qalıqları altında sağ qalan adamları və ölənlərin cəsədlərini axtarırlar. İslamabadda şənbə hadisəsində ölənlərin dəfn mərasimləri başlayıb. Partlayışı kimin həyata keçirdiyi məlum deyil. Lakin BBC müxbiri deyir ki, bir çoxları bu partlayışı Pakistanın şimal-qərbində döyüşən Taleban silahlılarının ayağına yazır.bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar