SON XƏBƏRLƏR

Zərdüşt Əlizadə:Rusiya təklənir

2021.10.20, 07:36
Zərdüşt Əlizadə:Rusiya təklənir

Gunaz.tv
Rusiya təklənir Belarus prezidenti, özünü Rusiyadan qorumaq üçün hətta Avropadan kömək istədi zerdust_elizade.jpg Zərdüşt Əlizadə: “Müttəfiqləri onu tərk etməyə başlayıb” Rusiyanın Gürcüstana qarşı həyata keçirdiyi təcavüz onu beynəlxalq aləmdə təklədi. Separatçı Osetiya və Abxaziyanın müstəqilliyini tanıyan Rusiya özünə yaxın ölkələrin də bu qurumları tanıyacağını gözləyirdi. Müttəfiq axtarışına çıxan Rusiyanın ilk növbədə Belarusdan dəstək görəcəyi gözlənilirdi. Rusiyanın ən yaxın müttəfiqi olan Belarus gözlənilmədən bunun əksini etdi. Belarus prezidenti Lukaşenko nəinki ondan gözlənilən addımı atdı, hətta özünü Rusiyadan qorumaq üçün Avropadan kömək istədi. Britaniya mətbuatına verdiyi müsahibəsində Lukaşenko separatçı qurumların müstəqilliyini tanımamaqla Rusiyanı qıcıqlandırdığını deyib. Rusiyanın ölkəsinə qarşı belə bir addım atacağı təqdirdə Avropanın Belarusa kömək etmək hüququna malik olduğunu deyib. Görünür, Rusiyanın beynəlxalq aləmdə təkləndiyini görən bəzi ölkələr bu aqibətlə üzləşmək istəmir. Avropa ilə münasibətləri onsuz da ürəkaçan olmayan Belarus yaranmış vəziyyətdən yararlanaraq münasibətlərini nisbətən qaydaya salmaq istəyir. Lukaşenkonun söylədiklərinə münasibət bildirən politoloq Zərdüşt Əlizadə də məhz bu fikirdədir: “Lukaşenko artıq Rusiya-Belarus vahid dövlətinin yaranmasına inanmır. Ona görə də, özünü çox ötkəm aparır, Rusiyadan uzaqlaşır. Avropa dövlətləri ilə münasibətləri yumşaldır. Buna görə də bu yaxınlarda həbsdə olan digər prezidentliyə namizədi azad etmişdi. Çox güman ki, parlament seçkilərində nisbətən yumşalacaq. Imkan yaradacaq ki, müxalifətdən də müəyyən sayda adam parlamentə düşsün. Hər halda, bunu heç kəs dəqiq deyə bilməz. Çünki ora bağlı cəmiyyətdir. Rusiyanın müttəfiqləri onu yavaş-yavaş tərk etməyə çalışırlar. Xeyri Rusiya ilə yox, Qərblə yaxınlaşmaqda görürlər”. Fizzə azadliq

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar