SON XƏBƏRLƏR

Vəfa Quluzadə:Rusiyanın iqtisadiyyatı asanlıqla çökə bilər

2021.10.20, 07:36
Vəfa Quluzadə:Rusiyanın iqtisadiyyatı asanlıqla çökə bilər

Gunaz.tv
Rusiyanın iqtisadiyyatı asanlıqla çökə bilər vefa_quluzade.jpg Vəfa Quluzadənin fikrincə, ABŞ-ın bəyanatlarının sərtləşməsinin fonunda Rusiyanın bəyanatlarının yumşalması Moskvanın geri çəkilməsidir ABŞ-ın dövlət katibi Kondaliza Raysın və müdafiə naziri Rober Qeytsin Rusiyaya qarşı son ittihamları Cənubi Qafqazda münaqişə dövründə səslənən bəyanatlardan sərtliyi ilə fərqlənir. Məsələn, müdafiə naziri bildirib ki, Gürcüstan NATO-ya üzv olandan sonra Rusiya ona qarşı aqressiv hərəkətə yol verərsə, sərt reaksiya ilə üzləşəcək. K.Rays isə bildirib ki, Rusiyanın inkişafı dünyadan asılıdır və Moskvanın son addımları özünə quyu qazmaq kimi dəyərləndirilməlidir. ABŞ-ın Rusiyadan fərqli olaraq sistemli siyasət yürütdüyünü deyən politoloq Vəfa Quluzadə hesab edir ki, Amerikanın beynəlxalq aləmdə mövqeləri tam möhkəmləndikdən sonra Rusiyaya qarşı geniş miqyaslı hücumu təsadüfi deyil: “Cənubi Qafqazda baş verən hadisələrdən əvvəl Rusiya ilə ABŞ arasında münasibətlər nisbətən yaxşı səviyyədə idi. ABŞ Rusiyada avtoritar diktaturanın olmasına göz yumurdu. Öz növbəsində Rusiya isə özünü ABŞ-ın dostu kimi göstərirdi. Amma Cənubi Osetiya və Abxaziyada baş verənlərdən sonra ABŞ anladı ki, Rusiyaya qarşı siyasətini dəyişməli və sərt tədbirlər qəbul etməlidir. Amma ABŞ hazırda nümayiş etdirdiyi sərt siyasətdən əvvəl öz mövqelərini xeyli möhkəmləndirdi. Fikir verirsinizsə, ABŞ-ın bəyanatlarının sərtləşməsinin fonunda Rusiyanın bəyanatları yumşalıb. Artıq Moskva dünyanın hər bir yerində rusların hüquqlarını müdafiə edəcəyilə bağlı bəyanatını xatırlatmır. Əksinə bildirir ki, Avropa ilə əməkdaşlığın tərəfdarıdır”. Bundan başqa, hazırda Rusiya iqtisadiyyatında baş verən prosesləri də təsadüfi saymayan V.Quluzadə hesab edir ki, Rusiya özünü və iqtisadiyyatını tam dərk etməmiş Qərbə qarşı getdiyindən bu cür acınacaqlı vəziyyətə düşüb: “Rusiya kapitalist ölkələri arasında ən zəifidir. Kapitalist dünyanın lokomotivi isə ABŞ-dır. Və ABŞ-la bu cür qarşıdurma bu cür nəticələnməliydi. Bu ölkədə kapitalist münasibətlər lazımi səviyyədə qurulmayıb. Ona görə də Rusiyanın iqtisadiyyatı asanlıqla çökə bilər”. Xəyal azadliq

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar