SON XƏBƏRLƏR

Qazaxıstanda DAK-ın nümayəndəliyi təsis ediləcək

2021.10.20, 07:36
Qazaxıstanda DAK-ın nümayəndəliyi təsis ediləcək

Gunaz.tv
Qazaxıstanda DAK-ın nümayəndəliyi təsis ediləcək pasha-qelbinur.jpg Paşa Qəlbinur Qazaxıstanın Alma-Ata şəhərinə səfər edəcək Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri Paşa Qəlbinur 23-27 sentyabr tarixində Qazaxıstanın Alma-Ata şəhərinə səfər edəcək. DAK-ın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, DAK həmsədri səfər zamanı Qazaxıstanda yaşayan soydaşlarımızla görüşəcək, orada fəaliyyət göstərən diaspora təşkilatlarının nümayəndələri ilə Azərbaycanın problemlərini müzakirə edəcək. Paşa Qəlbinur görüşdə soydaşlarımızın problemlərilə də tanış olacaq və yaxın gələcəkdə bu problemlərin həlli üçün görüləcək işləri müzakirə edəcək. Bundan əlavə, Qazaxıstanda DAK nümayəndəliyinin təsis edilməsi nəzərdə tutulub. DAK həmsədrini Qazaxıstanda yaşayan və fəaliyyət göstərən azərbaycanlılar, ictimai-siyasi təşkilatların rəhbərliyi qarşılayacaq. Pərvin ABBASOV LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar