SON XƏBƏRLƏR

Pakistan Amerika vertolyotlarını atəşə tutdu

2021.10.20, 07:36
Pakistan Amerika vertolyotlarını atəşə tutdu

Gunaz.tv
Pakistan Amerika vertolyotlarını atəşə tutdu pakis-am-vert.jpg İslamabad Vaşinqtona münasibətini dəyişir Pakistan hərbçiləri ölkənin hava məkanını pozan iki Amerika vertolyotunu atəşə tutublar. Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, insident Əfqanıstan sərhədi yaxınlığındakı Şimali Vəziristan əyalətində baş verib. Amerika vertolyotları “əl-Qaidə” təşkilatının və Taliban hərəkatının döyüşçülərinin gizləndiyi güman edilən Lvara Mundi kəndi yaxınlığında qeydə alınıblar. Pakistan hərbçilərinin vertolyotları atəşə tutmasından sonra amerikalılar Əfqanıstana qayıdıblar. Amerika hərbçiləri sentyabrın əvvəlindən başlayaraq Pakistandakı fəaliyyətlərini aktivləşdiriblər. Pentaqon bunu Pakistan hakimiyyətinin terrorçularla effektiv mübarizə aparmaması ilə izah edir. Pakistan komandanlığı isə sentyabrın 16-da ölkə sərhədlərini keçən amerikalılara atəş açmaq əmri verib. LENT.AZ ----------------------------------------------------------------------

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar