SON XƏBƏRLƏR

Yaponiyanın yeni baş nazirinin adı məlum oldu

2021.10.20, 07:36
Yaponiyanın yeni baş nazirinin adı məlum oldu

Gunaz.tv
Yaponiyanın yeni baş nazirinin adı məlum oldu taro-aso-yapon-bash-nazir.jpg Hakim Liberal Demokrat Partiyasının rəhbərliyinə Taro Aso gətirildi Yaponiyanın hakim Liberal-Demokrat Partiyası yeni liderini – ölkənin gələcək baş nazirini seçib. Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bu posta keçmiş xarici işlər naziri Taro Aso gətirilib. Yeni liderin seçkisi keçmiş baş nazir Yasuo Fukudanın sentyabrın 1-də postundan istefa verməsindən sonra təyin olunub. Taro Aso boş qalan yer uğrunda mübarizənin favoriti sayılırdı. Fukuda avqust ayında Nazirlər Kabinetinin tərkibini yeniləyən zaman Aso xarici işlər naziri postunu itirib. Bunun əvəzində isə onu Liberal Demokrat Partiyasının baş katibi seçiblər. 1940-cı ildə anadan olan Aso ixtisasca iqtisadçıdır. O, parlamentə ilk dəfə 1979-cu ildə seçilib. Baş nazir postunu tutmaq üçün Aso deputatların əksəriyyəti tərəfindən dəstəklənməli və ardınca imperator tərəfindən təsdiq edilməlidir. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar