SON XƏBƏRLƏR

Azərbaycan prezidenti: “Terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyirik”

2021.10.20, 07:36
Azərbaycan prezidenti: “Terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyirik”

Gunaz.tv
Azərbaycan prezidenti: “Terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyirik” ilham-1.jpg Azərbaycan prezidenti İlham Əliyev Pakistan prezidenti Asif Əli Zərdariyə İslamabadda çoxlu sayda insan təlafatı ilə nəticələnmiş partlayışla bağlı başsağlığı verib. APA-nın xəbərinə görə, başsağlığı mətnində İslamabadda törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı xəbərinin dərin kədər hissi ilə qarşılandığı vurğulanıb: “ Biz bu hadisədən son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyir, beynəlxalq birliyin bu dəhşətli bəlaya qarşı mübarizəsini hər cür dəstəkləyirik. Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Pakistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram”. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar