SON XƏBƏRLƏR

Serj Sarkisyan: “Azərbaycan dilini danışıq səviyyəsində bilirdim”

2021.10.20, 07:36
Serj Sarkisyan: “Azərbaycan dilini danışıq səviyyəsində bilirdim”

Gunaz.tv
Serj Sarkisyan: “Azərbaycan dilini danışıq səviyyəsində bilirdim” sarkisyan-yaltaq.jpg Ermənistan prezidenti Serj Sarkisyan bir qrup xarici media təmsilçisi ilə görüşündə Dağlıq Qarabağ problemindən və Türkiyə ilə ortaq komissiya qurmaları perspektivindən danışıb. Lent. az-ın xəbərinə görə, Türkiyə ilə Ermənistanın qondarma ”soyqırım” iddiaları iə bağlı tarixçilərdən ibarət birgə komissiya təşkil etmələri ilə bağlı sualdan yayınıb: “Bundan əvvəl diplomatik əlaqələr qurmaq lazımdır. Əvvəlcə sərhədlərimizi açaq, əlaqələr quraq, sonra istədiyiniz məsələ ilə bağlı komissiyalar, alt komissiyalar, hətta alt alt komissiyalar qura bilərik. Axı həmin komissiyanın çalışması nəticəsində bir qrup elm adamı oturub qərar verəcək. Deyək ki, bu gün mən Sarkisyan o qərarı tanıdım, amma sabah hakimiyyətə gələn tanımayacaq olsa, necə olacaq? Belə komissya yaratsaq belə, onun qərarı son hökm ola bilməz, bu, yalnız hökumətlərə tövsiyyə xarakterli ola bilər”. Gürcüstanda baş verənlərin münaqişələrdə silah işlədilməsinin təhlükəli olduğunu göstərdiyini bildirən S. Sarkisyan Dağlıq Qarabağın “müstəqilliyi”nin tanınmasının Ermənistanın gündəmində olmadığını söyləyib: “ İndi danışıqlar prosesi davam edir”. Daha sonra dünya birliyini ermənilərin Qarabağı tərk etməsi ilə açıq-aşkar şantaj edən Sarkisyan “bir möcüzə olub, Qarabağ Azərbaycana qaytarılsa, o zaman ermənilər həmən oranı tərk edərlər” deyib. S. Sarkisyan Abdulla Gülün İrəvana səfəri zamanı onunla türkcə danışmadığını da deyib: “Nədənsə, mənim Azərbaycan dilini mükəmməl bilməyimlə bağlı əfsanə var. Amma mən bir zamanlar Azərbaycan dilini danışıq səviyyəsində bilirdim. Türk dili ilə Azərbaycan dilinin də bir-birinə çox yaxın olduğunu bilirəm. Amma son 20 ildə heç Azərbaycan dilində danışmadım. Ona görə də indi Azərbaycanca məntiqli bir cümlə qura biləcəyimə əmin deyiləm”. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar