SON XƏBƏRLƏR

Seyran Ohanyan :Ermənistan Türkiyəni "qara siyahıdan" çıxara bilər

2021.10.20, 07:36
Seyran Ohanyan :Ermənistan Türkiyəni "qara siyahıdan" çıxara bilər

Gunaz.tv
Ermənistan Türkiyəni "qara siyahıdan" çıxara bilər 20080415154011ohanyan.jpg Seyran Ohanyan Ermənistanın müdafiə naziri Seyran Ohanyan deyib ki, əgər Türkiyə ilə münasibətlər normallaşarsa, Ermənistan öz hərbi doktrinasına düzəlişlər edərək, artıq Türkiyənin özü üçün təhlükə təşkil etmədiyi qənaətinə gələ bilər. Ermənistanın hərbi doktrinasında Türkiyə düşmən ölkə kimi göstərilib. Seyran Ohanyanın sözlərinə görə, iki dövlət arasında münasibətlərin düzələcəyi halda doktrinadan Türkiyənin düşmən dövlət olması haqda ifadə çıxarıla bilər. 3 gündür ki, bir qrup jurnalistlə birlikdə Ermənistanda olan müxbirimiz Eldar İsmayılzadı xəbər verir ki, müdafiə naziri S.Ohanyan eləcə də bölgədə hərbi əməliyyatların başlaması ehtimalına da öz münasibətini bildirib. Onun sözlərinə görə, hərbi doktrinaya əsasən, Ermənistan müharibə başlasa Dağlıq Qarabağın qarantıdır. Nəticəni də bundan çıxarmaq lazımdır. S.Ohanyan deyib ki, Ermənistan ordusunda modernləşmə gedir, ölkə yeni silahlar alır. Amma silahlanma yarışına başlamaq istəmir. O, bildirib ki, Ermənistanın ümumi daxili məhsulunun 3%-i müdafiə sahəsinə gedir, bu da təxminən 300 milyon dollar təşkil edir. Türkiyə ilə münasibətlər yaxşılaşsa kErməErmənistan Dağlıq Qarabağın təhlükəsizliyinin qarantıdır. Ona görə, əgər Dağlıq Qarabağa qarşı hərbi əməliyyat başlasa Ermənistan buna müvafiq surətdə reaksiya göstərəcək. bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar