SON XƏBƏRLƏR

İSRAİLİN BAŞ NAZİRİ İSTEFA VERDİ

2021.10.20, 07:36
İSRAİLİN BAŞ NAZİRİ İSTEFA VERDİ

Gunaz.tv
İSRAİLİN BAŞ NAZİRİ İSTEFA VERDİ Haqqında rüşvət və korrupsiya ittihamları irəli sürülən Ehud Olmertin yerini qadın tutacaq 680.jpg İsraildə haqqında neçə vaxtdır rüşvət və korrupsiya ittihamları səslənən baş nazir Ehud Olmert dünən istefa verib. O, istefa ərizəsini dünən prezident Şimon Peresə təqdim edib. Olmertin istefası haqda qərarı bir neçə gün əvvəl onun üzv olduğu hakim “Kadima” Partiyası qəbul etmişdi. Hakim partiya onun yerinə baş nazirliyə namizəd olaraq xarici işlər naziri Tsipi Livnini irəli sürüb. Prezidentin istefanı qəbul etməsi halında Olmert yeni hökumət təşkil edilənədək baş nazir postunda qalacaq. Gözlənilir ki, prezident hökuməti formalaşdırmaq üçün səlahiyyətləri Livniyə verəcək. O, yeni kabineti formalaşdırmaq üçün parlamentdə təmsil olunan partiyaların hamısı ilə məsləhətləşmələr aparmalıdır. Livninin koalison hökuməti formalaşdırmaq üçün 42 gün vaxtı var. Hazırda prezident Şimon Peres BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu Yorkda səfərdədir. Lakin onun yeni hökumətin formalaşdırılmasını tezləşdirmək üçün səfərini yarımçıq kəsəcəyi gözlənilir. Olmertin istefası İsrail-Fələstin danışıqlarının mühüm mərhələsinə təsadüf edib. İki tərəf bu ilin sonunadək on illərdir davam edən münaqişənin həlli üçün müəyyən ilkin razılaşma əldə etməyə ümid edirdi. Olmertin mövqeləri İsrailin Livandakı “Hizbullah” qruplaşmasına qarşı hərbi əməliyyatlarda uğur qazana bilməməsindən sonra zəifləyib. Həmin vaxtdan onun barəsində bir çox ittihamlar irəli sürülüb, Olmert dəfələrlə polis tərəfindən dindirilib. F.MƏMMƏDOV musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar