SON XƏBƏRLƏR

İSLAMABADDA TERROR AKTI QURBANLARININ SAYI 53-Ə ÇATIB

2021.10.20, 07:36
İSLAMABADDA TERROR AKTI QURBANLARININ SAYI 53-Ə ÇATIB

Gunaz.tv
İSLAMABADDA TERROR AKTI QURBANLARININ SAYI 53-Ə ÇATIB Pakistanın paytaxtı İslamabadda törədilən terror aktı qurbanlarının sayı 53-ə çatıb. Ölkə rəsmiləri qanlı aksiyada 260-dan çox insanın yaralandığının bildirir. Terror aktının Əl-kaidə terror qruplaşması tərəfindən törədildiyi artıq dəqiqləşib. ------------------------------------------------------------------------ Natiq Əliyev: «Rusiyanın «Qazprom» şirkəti Azərbaycana gözəl təkliflər verməyə çalışır» Yanacaq və energetika nazirinin sözlərinə görə, Azərbaycanın özünün enerji siyasəti var «Rusiyanın «Qazprom» şirkəti bu gün Azərbaycan höküməti ilə danışıqlar aparmağa və gözəl təkliflər verməyə çalışır». Bunu ANS-ə müsahibəsində yanacaq və energetika naziri Natiq Əliyev bəyan edib. Lakin bu o demək deyil ki, rəsmi Bakı bu təkliflərə razılığını verib və yaxud da, verəcək. Onun sözlərinə görə, Azərbaycanın özünün enerji siyasəti var. «Dünayada baş verən hadisələr belə vəziyyətə gətirir ki, biz təhlükəsizlik, enerji dəhlizlərinin etibarlılığı baxımından çox çevik siyasət aparaq. Azərbaycanın çoxlu perspektivləri var. Ona görə mən bu danışıqlara çox böyük əhəmiyyət vermirəm». Nazir bildirib ki, bu danışıqlar getməlidir və bütün təkliflər öyrənilməlidir. Azərbaycanın tək iqtisadi maraqları təmin edilməməlidir. Burda siyasi maraqlar da nəzərə alınmalıdır./ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar