SON XƏBƏRLƏR

“ERGENEKON”A GÖRƏ HƏBS OLUNAN ORDU GENERALI AZAD EDİLDİ

2021.10.20, 07:36
“ERGENEKON”A GÖRƏ HƏBS OLUNAN ORDU GENERALI AZAD EDİLDİ

Gunaz.tv
“ERGENEKON”A GÖRƏ HƏBS OLUNAN ORDU GENERALI AZAD EDİLDİ Şener Eruyğurla yanaşı, məşhur aktrisa və menecer də sərbəst buraxılıb Türkiyədə “Ergenekon” əməliyyatında bir neçə ay əvvəl həbs edilən Atatürkçü Düşüncə Mərkəzinin rəhbəri, istefada olan ordu generalı Şener Eruyğurun durumu kritik olaraq qalır. CNN Türk kanalının xəbərinə görə, generalın müalicə olunduğu Kocaeli xəstəxanasının baş həkimi Nazim Mutlu bildirib ki, Eruyğur hələ də koma vəziyyətində saxlanılır. Çünki onun ayıldılması böyük riskdir. Xəbər verildiyi kimi, general saxlanıldığı Kocaeli həbsxanasında beyin infarktı keçirib və beyninə qan sızıb. Həkim deyib ki, generalın durumunda hər hansı irəliləyiş baş verməyib. O, hələ də reanimasiyada saxlanılır və huşsuzdur. Generalın başçılıq etdiyi Atatürkçü Düşüncə Dərnəyi isə səhhəti ilə bağlı Eruyğurun azad edilməsinə çağırıb. Vaxtilə AKP iqtidarına qarşı vətəndaş cəmiyyətini səfərbər edən və etiraz aksiyaları təşkil edən dərnəyin bəyanatında deyildiyinə görə, generalın həyatı təhlükədədir. O, təcili olaraq azad edilməli və daha effektiv müalicəsi təşkil olunmalıdır. Dünən günün sonuna doğru generalın həbsdən azad edilməsi haqda qərar verilib. Bildirilir ki, məhkəmə Eruyğurun səhhətinin kritik olduğunu nəzərə alaraq onun azadlığa buraxılmasına qərar verib. Generalın bu qərardan sonra Kocaeli xəstəxanasından daha münasib yerə köçürüləcəyi gözlənilirdi. Xatırladaq ki, bundan əvvəl “Ergenekon” əməliyyatında həbs edilənlərdən iş adamı Kuddusi Okkir həbsxanada xərçəngdən ölmüşdü. General Vəli Kiçiyin də səhhəti ağırdır və o, həbsxana şəraitində müalicə olunur. Xəbər verildiyi kimi, ötən həftə “Ergenekon” əməliyyatı çərçivəsində daha bir qrup şəxs həbs edilib. Son əməliyyatda həbs edilənlər arasında hərbi xidmətdə olan 4 kiçik zabit və 1 kursant da var. Onların barəsində dünən İstanbul məhkəməsi həbs qərarı çıxarıb, biri isə sərbəst buraxılıb. Leytenant rütbəli zabitlər və kursant Türkiyənin elitar hərbi məktəblərinin məzunlarıdır, onlar həmin məktəblərdə “Ergenekon” un özəyini formalaşdırmaqda şübhəli bilinir. Zabitlərdən üçü Türkiyənin cənub-şərqində PKK terrorçularına qarşı aparılan əməliyyatlarda iştirak edib. Onların vəkili deyib ki, tutulanların heç bir günahı yoxdur. Onun sözlərinə görə, Türkiyə silahlı qüvvələrinin 5 mənsubunun terror təşkilatına üzv olmaqda ittiham edilməsi görünməmiş haldır. Bildirilir ki, zabitlər öz aralarında silahlı qüvvələrin hökuməti devirmək üçün hərbi çevriliş etməsinə çağıran müzakirələr aparıblar. Dünən digər saxlanılanlar - aktrisa Nursəli Yldız və menecer Seyhan Soylunun daxil olduğu 13 nəfər də məhkəməyə göndərilib. İfadələri alınan Yldız və daha üç nəfər sərbəst buraxılıb. Vəkil Levent Təmizin də daxil olduğu 8 nəfər barəsində isə həbs-qətimkan tədbiri seçilib. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar