SON XƏBƏRLƏR

Nyu-Yorkda Azərbaycan və Türkiyənin xarici işlər nazirləri arasında görüş keçirilib

2021.10.20, 07:36
Nyu-Yorkda Azərbaycan və Türkiyənin xarici işlər nazirləri arasında görüş keçirilib

Gunaz.tv
Nyu-Yorkda Azərbaycan və Türkiyənin xarici işlər nazirləri arasında görüş keçirilib elmar_ali_22_09_08.jpg Elmar Məmmədyarovla Əli Babacan ikitərəfli münasibətləri, regiondakı vəziyyəti, o cümlədən Ermənistan - Azərbaycan münaqişəsinin nizamlanması üzrə məsələləri müzakirə ediblər Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarovla Əli Babacan arasında Nyu-Yorkda görüş keçirilib. Türkiyənin "Cihan" agentliyinin məlumatına görə, görüş nazirlərin BMT Baş Assambleyasının 63 - cü sessiyasında iştirakı çərçivəsində qeyri - rəsmi formatda baş tutub. Xarici siyasət idərələrinin rəhbərləri ikitərəfli münasibətləri, regiondakı vəziyyət, o cümlədən Ermənistan - Azərbaycan münaqişəsinin nizamlanması üzrə məsələləri müzakirə ediblər. Görüşdən sonra jurnalistilərə açıqlama verən Əli Babacan bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Türkiyə -Ermənistan ikitərəfli münasibətlərinə müsbət təsir göstərə bilər. Onun sözlərinə görə, Türkiyə-Ermənistan münasibətlərində müsbət yanaşmalar müşahidə olunmaqdadır. 1915 - ci il hadisələrini araşdıracaq ortaq tarixi komissiyanın yaradılması təklifinə Ermənistanın müsbət yanaşdığını söyləyən Babacan onu da qeyd edib ki, regionda sabitliyin bərqərar olması üçün, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması vacibdir./ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar