SON XƏBƏRLƏR

İnternetdə vəhhabi-şiə müharibəsi başladı

2021.10.20, 07:36
İnternetdə vəhhabi-şiə müharibəsi başladı

Gunaz.tv
İnternetdə vəhhabi-şiə müharibəsi başladı 20080922112208_1.gif Ötən həftənin sonunda hakerlər 300-dən çox şiə saytına hücum ediblər. Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, hücuma məruz qalan saytlar arasında İnternetdəki ən böyük şiə saytı olan “əl-Beit” də var. Bu sayt İraq şiələrinin adini lideri ayətolla Əli Hüsseyn əl-Sistani ilə bağlıdır. Ekspertlər qeyd edirlər ki, son bir neçə il ərzində dini resurslara ən böyük haker hücumu həyata keçirilib. Dağıdılan saytlara girən istifadəçilər “group-xp” adlı haker qrupunun ərəb dilində yerləşdirdikləri bannerlərə rast gəlirlər. Həmin bannerin mətnində şiəlik və bu dini təriqətin rəhbərləri kəskin tənqid edilir. “Fars” agentliyi bildirir ki, “group-xp” haker qrupu Birləşmiş Ərəb Əmirlikləri ərazisində yerləşir və proqramçılar vəhhabi təriqətinin davamçılarıdır. Onlar bu addımı İranda yaşayan və hüquqları pozulan sünnilərə dəstək kimi atıblar.sherg

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar