SON XƏBƏRLƏR

Buşa ürəyim yanır_Əhmədinecat Obama və Makkeynlə debata girmək istəyir

2021.10.20, 07:36
Buşa ürəyim yanır_Əhmədinecat Obama və Makkeynlə debata girmək istəyir

Gunaz.tv
"Buşa ürəyim yanır" Əhmədinecat Obama və Makkeynlə debata girmək istəyir ahmednejatt.jpg "ABŞ-ın Demokrat və Respublikaçılar partiyalarından prezidentliyə namizəd olan senatorlar Barak Obama və Con Makkeynlə debatlara hazıram. BMT Baş Assmbleyasının iclasında, Nyu-Yorkda onlarla görüşə bilərdim. İranla ABŞ arasında münasibətlərin normallaşdırılması məqsədilə Corc Buşla görüşüb danışmağa lüzum yoxdur. Çünki cənab Buş bu yaxınlarda Ağ Evi tərk edəcək". İran prezidenti Mahmud Əhmədinecat dünən Tehranda yerli və xarici mass-media mənsubları üçün keçirdiyi mətbuat konfransında bildirib ki, ABŞ rəhbərliyinin iddia və ittihamlarının heç bir əsası yoxdur. "Bizim nüvə proqramımız və uranın zənginləşdirilməsi ilə bağlı işlərimiz yalnız dinc məqsəd daşıyır. Regionda, yaxud da hər hansı başqa yerdə də terroru dəstəkləməməmişik, belə fikrimiz də yoxdur. Ymumiyyətlə, Corc Buşa ürəyim yanır. Bu adamın o qədər cinayəti var, özü də hesabını itirib və vətəndaşlarını daha hansı yolla aldada biləcəyini müəyyənləşdirməyə çətinlik çəkir", - Əhmədinecat söyləyib. Daha sonra o, sevimli mövzusu olan İsrail-Fələstin mövzusunda danışıb və ampluasına sadiq qalaraq, "sionizmlə yəhudilər arasındakı fərq", "İsrailin mənhus varlığı" və sairdən bəhs edib. Xatırladaq ki, Obama İran və Suriya ilə danışıqlar aparmağa hazır olduğunu bildirib. Makkeyn isə tam əksinə, İranla belə danışıqların mümkün olmayacağına əmindir.express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar