SON XƏBƏRLƏR

MAGATE yenə İranı ittiham edir

2021.10.20, 07:36
MAGATE yenə İranı ittiham edir

Gunaz.tv
MAGATE yenə İranı ittiham edir ABŞ-ın MAGATE-dəki nümayəndəsi Qrigori Şolte təşkilatın baş katibinə istinadən jurnalistlərə bildirmişdir ki, İranın nüvə proqramı ilə bağlı yeni etibarlı informasialar əldə edib və bu haqda İranlı yetkililərdən dəqiq məlumat vermələri tələb olunub. MAGATE diplomatları bildirib ki, bu agentliyin əldə etdiyi yeni şəkillər İranın “Şahab 3” raketlərində dəyişiklik edərək nüvə başlığı yerləşdirmək niyyətini göstərir. Ehtimal olunur ki, “İranlı” mütəxəssislər bu istiqamətdə yeni fəaliyyətlərə başlayıblar. Şəkillərdən məlum olur ki, “İranlı” mütəxəssislər “Şahab 3” raketlərində bir sıra dəyişikliklər etməklə bu raketləri nüvə başlıqları daşıya biləcək səviyyəyə gətirməyə çalışırlar. İran yetkililəri bu cür informasiyaları “saxta məlumatlar” adlandıraraq onların həqiqətə uyğun olmadığını bəyan ediblər. İranın MAGATE-dəki nümayəndəsi Əliəsğər Soltaniyye bu məlumatların yalnış olduğunu bildirərək əlavə edib ki, İran yalnız geniş yayılmış silahların istehsalına çalışır və onun ölkəsinin planlarında qadağa olunmuş silahların istehsalı yoxdur. O həmçinin bildirmişdir ki, heç bir ölkə öz hərbi sirrlərini başqarına bildiməz. İran da bu qaydalardan istisna deyil. MAGATE İranı bu təşkilatla əməkdaşlıq etməməkdə günahlandırır. MAGATE yetkililəri bildirib ki, İranın nüvə proqramı ilə bağlı heç bir yeni məlumat əldə etmək mümkün olmayıb. İran rəsmiləri bu agentliyin ekspertlərinə bir sıra obyektlərdə axtarış aparmağa və bəzi mütəxəssisləri sorğu suala çəkməyə icazə verməkdən imtina edib. Onların sözlərinə görə bütün bunlara baxmayaraq əldə olunan yeni şəkillər İranın nüvə sahəsindəki fəaliyyətlərinin hərbi məqsəd daşıdığı şübhəsini artırır. Bu məlumatlara əsasən ehtimal olunur ki, İran yüksək irtifalarda yeni partlayışları sınamaq niyyətindədir. Həmçinin İranın nüvə sahəsi üzrə yüksək səviyyəliu xarici mütəxəssislər axtarışı da bu şübhələri artırmış olur. Çox gmün ki, MAGATE-nin yeni ittihamları əsassız deyil. Bu ittihamların etibarlılığı və artıq sənəd kimi istifadə olunacağı çoxlarında şübhə doğurmur. Hər halda müzakirələr bu sənədlərə əsasən aparılacaq. İran bir sənədlərin düzgün olmadığını sübut etmək üçün “məxfi hərbi sirr” adlandırdığı sənədlərini və hərbi araşdırmalarını tam nümayiş etdirmək məcburiyyətində qala bilər. Bununla da görünür ki, İran və Qərb münasibətləri yumuşalmağa doğru deyil, əksinə ziddiyyətli məqamların daha artmasına doğru gedir.araztm

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar