SON XƏBƏRLƏR

Tarixin arxivindəki Üsəma bin Laden

2021.10.20, 07:36
Tarixin arxivindəki Üsəma bin Laden

Gunaz.tv
Tarixin arxivindəki Üsəma bin Laden dunya.jpg "Üsəma bin Laden "Əl-Qaidə"nin əməliyyatlarına rəhbərlik etmir, lakin Amerika kəşfiyyatı əvvəlki tək onun axtarışını aparır". Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Maykl Heyden bu bəyanatla çıxış edib. Onun sözlərinə görə, "Əl-Qaidə" daxilində bir sıra qüvvələr nəzarəti öz əllərinə alıblar. Los-Anceles Şurasının beynəlxalq münasibətlər şurasında çıxış edən Heyden bildirib ki, rəhbərlik etdiyi qurumun diqqəti hazırda XXI əsrin qlobal təhlükələri üzərində cəmləşib, bununla belə, bir saniyə də olsun ötən yüzillikdən gələn təhlükələrdən diqqət yayınmır. MKİ rəhbəri yalnız bir məsələdə əmindir: "Əl-Qaidə"nin lideri terror əməliyyatlarına nəzarət etmir. Bütün bunlara baxmayaraq, Amerika terrorçuların əsas hədəfləri sırasındadır. MKİ rəhbərinin qənaətincə, terrorçular əldəqayırma nüvə silahlarından istifadə etməyi planlaşdırırlar. İran və Şimali Koreyanın nüvə proqramları isə əvvəlki tək beynəlxalq aləm üçün təhlükə mənbəyidir. ABŞ kəşfiyyat orqanlarının məlumatına görə, Pxenyan altı nüvə silahı istehsal etmək üçün zəruri olan plutonium əldə edib: "İran isə gələcəkdə nüvə silahı istehsal etmək üçün elmi, sənaye, texniki imkanlara malikdir". MKİ rəhbəri Şimali Koreya ilə bağlı çox maraqlı kəşfiyyat məlumatları əldə etdiklərini də göstərib. Belə ki, rəsmi Pxenyan nüvə komponentlərini satdığı ölkələrdən adətən iki şeyi soruşur: onların pul vermək və dillərini sakit saxlamaq imkanları varmı? Maykl Heyden daha sonra ötən il məhv edilən Suriya nüvə reaktoru ilə bağlı məsələyə toxunub. Onun sözlərinə görə, bu layihə Dəməşqə nüvə silahı üçün plutonium istehsal etməyə imkan verirdi. "Əl-Kibar" adlanan bu reaktor 2007-ci ilin sentyabrın 7-də məhv edilib. Admiral reaktorun məhv edilməsi üçün hansı ölkələrin kəşfiyyat xidmətlərinin məlumatlarından istifadə edildiyinə aydınlıq gətirməyib. Lakin bəzi məlumatlara görə, burada ABŞ-a İsrailin xüsusi xidmət orqanları xeyli yardım göstərib. "Nezavisimaya qazeta"da dərc olunan məqalədə göstərilib ki, MKİ rəhbərinin bu özündənrazı bəyanatının üstündən heç bir gün keçməmiş terrorçular öz varlıqlarını göstərdilər. Yəməndəki ABŞ səfirliyi partladıldı və nəticədə ondan artıq insan həlak oldu. Çox güman ki, terrorçular bununla Üsəma bin Ladeni tarixin arxivinə atmağın hələ tez olduğunu nümayiş etdirmək istəyiblər. Xatırladaq ki, Heydenin çıxış etdiyi şura qeyri-kommersiya təşkilatıdır. Şuranın iclasında isə istənilən şəxs iştirak edə bilər. Sadəcə, bunun üçün bilet almaq kifayət edir. Gələn həftə şurada Ukrayna prezidenti Viktor Yuşşenko "Keçmiş sovet respublikalarının gələcəyi" mövzusunda çıxış edəcək. kaspi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar