SON XƏBƏRLƏR

Abxaziya və Cənubi Osetiyanı Serb Krainası da tanıdı

2021.10.20, 07:36
Abxaziya və Cənubi Osetiyanı Serb Krainası da tanıdı

Gunaz.tv
Abxaziya və Cənubi Osetiyanı Serb Krainası da tanıdı serb-kraina.jpg Rusiyanı dəstəkləyən separatçı ərazilərin sayı artır Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini daha bir separatçı ərazi tanıyıb. Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, Xorvatiyanın tərkibində olan qondarma “Serb Krainası Respublikası” Rusiyanın yolunu tutub. Gürcüstan ərazilərinin müstəqilliyini tanımaq barədə qərarı “Serb Krainası Respublikası parlamentinin sədri” Rayko Laziç imzalayıb. Rus və serb dillərində hazırlanan sənədlər Abxaziya və Cənubi Osetiya “prezidentlərinə” göndəriləcək. Qeyd edək ki, sentyabrın 19-da daha bir separatçı ərazi – “Qaqauz Respublikasının parlamenti” də Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaq barədə qərar qəbul edib. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar