SON XƏBƏRLƏR

Dünyanın ilk beş ifaçısından biri . "The Times" Alim Qasımovu "canlı əfsanə" adlandırdı

2021.10.20, 07:36
Dünyanın ilk beş ifaçısından biri . "The Times" Alim Qasımovu "canlı əfsanə" adlandırdı

Gunaz.tv
"Dünyanın ilk beş ifaçısından biri" "The Times" Alim Qasımovu "canlı əfsanə" adlandırdı "Ağsaçlı kişi muzeyin tağlı tavanına gözlərini dikərək oxumağa başlayır. Onun səsi qızının səsi ilə birlikdə yüksəlir və adama elə gəlir ki, onlar sadəcə oxumurlar, sanki başqa aləmlə əlaqə yaradırlar. Onların ifasının effekti möhtəşəmdir, dinləyicilər qədim poeziyanın təsiri altına düşürlər" Nüfuzlu "The Times" dərgisində muğam ustadı Alim Qasımov haqqında "Haqqında indiyədək eşitmədiyiniz canlı əfsanə" adlı məqalə dərc edilib. "Alim Qasımov dünyanın ilk beş ifaçısından biridir",-deyə məqalədə 1973-cü ildə ABŞ-da məşhur "Kronos Quartet" simli kvartetini yaratmış skripkaçı Devid Harrinqtondan sitat gətirilir. Məqalə müəllifi Bakıya gələrək xanandə ilə şəxsən görüşüb və Amerikanın "Kronos Quartet"i ilə planlaşdırılan birgə çıxışı barədə danışıb. Jurnalist Alim Qasımovla muzeydə - "İpək yolu üzərində tikilmiş keçmiş bir sarayda" görüşüb:"Qasımov həyatının böyük hissəsini muğamın bütün dünyada tanınmasına həsr edib. Muğam - mürəkkəb incəsənt formasıdır, yüz illərlə yaşı var, özündə qədim fars müsiqisi və Osmanlı imperatorluğunun melodiyalarının elmentlərini birləşdirir. Muğam- eşq poeziyası, sədaqət himnidir. Musiqiçi muğamı ifa edərkən qəlbinə, daxili aləminə üz tutur". "The Times" Alimin vətəni barədə belə yazır:"Azərbaycan şərq ölkəsidir, əhalisinin 90 faizi müsəlmandır, amma burada başı örtüklü qadına az-az rast gəlinir. Azərbaycanın öz "Cənubi Osetiya"sı - Dağlıq Qarabağ var və adlanan bu yerdə ermənilər yaşayır". İngilis jurnalist xanəndənin qızı Fərqanəyə heyran qalıb:"O, hicab daşıyır və öz səsini Allah vergisi adlandırır". Fidan express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar