SON XƏBƏRLƏR

Baş redaktorun intiharında kənar təsirlər var

2021.10.20, 07:36
Baş redaktorun intiharında kənar təsirlər var

Gunaz.tv
Baş redaktorun intiharında kənar təsirlər var "Yeni Kapital"ın baş yazarının itkin düşməsi barədə ailəsi polisə müraciət edibmiş "Yeni Kapital" qəzetinin baş redaktoru Malik Rəfiyevin ölümündə kiminsə təsirinin olması ehtimalları var. Bu barədə APA-ya Nəsimi rayon prokuroru Aqşin Ziyadov bildirib. Prokurorun sözlərinə görə, tibbi ekspertiza M.Rəfiyevin özünü asması barədə versiya irəli sürüb və faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünüöldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Bundan başqa, tibbi ekspertlər meyitin üzərindəki əlamətlərdən mərhumun vena damarlarını kəsdiyi qənaətinə gəliblər. Lakin bu faktın M.Rəfiyevin ölümünə əsas vermədiyini vurğulayan A.Ziyadov onun asılma nəticəsində öldüyünü bildirib. Bununla belə, rayon prokuroru baş redaktorun intihar etməsində kənar təsirlərin olması ehtimalını da inkar etmir: "Malik Rəfiyevin intihar etməsinə kiminsə təsirinin olub-olmadığı ehtimalı var və bu ehtimal tərəfimizdən araşdırılır. Bununla bağlı baş redaktorun iş yoldaşlarından tutmuş, yaxın dostlarının, hətta ailə üzvlərinin də ifadələri alınıb. Cinayət işi üzrə araşdırmalar davam edir". Mərhumun maşınında məktub tapıldığını təsdiqləyən prokuror məktubun məzmununu da açıqlayıb. Onun sözlərinə görə, məktubda "Mənim ölümümdə, xahiş edirəm, heç kimi təqsirkar bilməyin. Təqsirkar özüməm. Malik. 18 sentyabr 2008-ci il." yazılıb. Bakı Şəhər Baş Polis İdarəsindən isə APA-ya bildirib ki, M.Rəfiyevin sentyabrın 17-də, saat 7.35 radələrində evdən çıxdığı və bir daha geri qayıtmadığı barədə sentyabrın 18-də ailəsi tərəfindən Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinə ərizə daxil olub. Lakin A.Ziyadov bu faktı təsdiqləməyib. Qeyd edək ki, 1957-ci il təvəllüdlü M.Rəfiyevin meyiti sentyabrın 18-də səhər Dilarə Əliyeva küçəsində, Dəmiryol Vağzalının yaxınlığında özünə məxsus "Mercedes" markalı, Az 90 BE 952 dövlət nömrə nişanlı maşında tapılıb. O, maşının tutacaq yerindən kəndirlə asılmış vəziyyətdə olub. express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar