SON XƏBƏRLƏR

865 kilometr sərhəd ərazimiz erməni işğalındadır

2021.10.20, 07:36
865 kilometr sərhəd ərazimiz erməni işğalındadır

Gunaz.tv
865 kilometr sərhəd ərazimiz erməni işğalındadır DSX bu məlumatı beynəlxalq qurumlara çatdırır Azərbaycan sərhədlərinin bir hissəsinin erməni işğalı altında olması Dövlət Sərhəd Xidmətinin işinə maneçilik törədir. Bu barədə məlumatı jurnalistlərə açıqlamasında Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev verib("OLAYLAR"İA). Onun sözlərinə görə, Dövlət Sərhəd Xidməti bu məsələləri beynəlxalq təşkilatlar qarşısında qaldırır: "Bizim Azərbaycan-İran sərhəddində 132 kilometr, Azərbaycan-Ermənistan sərhədində isə 733 kilometrlik sərhəddimiz işğal altındadır. Bu bizi narahat etməyə bilməz. Biz həmin ərazil ərə hal-hazırda nəzarət edə bilmirik və bu da işimizə mane olur. Bu barədə dəfələrlə beynəlxalq tədbirlərdə məsələ qaldırmışıq və bu gün də davam edirik. Sərhədlərimizin işğal altında olması barədə məlumatlar mütəmadi olaraq beynəlxalq qurumlara çatdırılır". olaylar -------------------------------------------------------------------- Sərhədçilərin şimalda əməliyyatları davam edir Sərhəd pozucularına qarşı mübarizə tədbirləri gücləndirilib Ölkənin Şimal istiqamətində Dövlət Sərhəd Xidməti əməkdaşlarının əməliyyat tədbirləri davam etdirir. Bu barədə məlumatı "OLAYLAR"a Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev verib. Onun sözlərinə görə, son vaxtlar Dağıstan və Rusiya tərəfdən Azərbaycan sərhədlərini pozmağa cəhdlərin olması bu istiqamətə nəzarəti artırıb: "Hələlik Şimal sərhəddində əməliyyatlar davam edir. Sərhəd pozucularının cəhdlərinin qarşısı alınır. Əməliyyatlar başa çatandan sonra hadisə barədə ətraflı məlumat veriləcək".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar