SON XƏBƏRLƏR

QƏRB ERMƏNİSTANI “NABUKKO” LAYİHƏSİNƏ QOŞMAQ İSTƏYİR.Bunu türkiyəli ekspert bəyan edib

2021.10.20, 07:36
QƏRB ERMƏNİSTANI “NABUKKO” LAYİHƏSİNƏ QOŞMAQ İSTƏYİR.Bunu türkiyəli ekspert bəyan edib

Gunaz.tv
“QƏRB ERMƏNİSTANI “NABUKKO” LAYİHƏSİNƏ QOŞMAQ İSTƏYİR” Bunu türkiyəli ekspert bəyan edib 699.jpg “Qərb Ermənistanı ”Nabukko” layihəsinə qoşmaq istəyir”. Bu barədə “Amerikanın səsi” radiosunda keçirilən dəyirmi masada Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Sinan Oğan bildirib. Ekspert deyib ki, bu məsələ ABŞ viste-prezidentinin regiona səfəri zamanı gündəmə gəlib və Türkiyə ilə Ermənistan arasında son günlər aparılan yüksək səviyyəli təmasların başlıca mövzusudur. “Nabukko”nun Ermənistandan keçməsi ilə bağlı ciddi planlar mövcuddur. Bu mövzu əvvəllər də gündəmdə olub. Amma Türkiyə və Azərbaycanın Ermənistanla problemləri buna imkan vermirdi. İndi isə Ermənistanın bu layihəyə qoşulması realdır. Çünki qaz kəməri Gürcüstan üzərindən keçəndə Qərb bu ölkəyə daha çox diqqət göstərmək məcburiyyətində qalır və bu da Rusiyanı qıcıqlandırır. Ermənistan isə həm Rusiya, həm də Qərb üçün qəbul olunandır”, - deyə ekspert vurğulayıb. Sinan Oğan bildirib ki, “Nabukko”nun Ermənistandan keçməsi Ankara ilə İrəvan arasında əməkdaşlıq barədə danışıqların şərtlərindən biridir (“Turan”). LEYLA musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar