SON XƏBƏRLƏR

LUKAŞENKO RUSİYAYA QARŞI ÇIXDI: Avropa Moskvanın qarşısını almalıdır

2021.10.20, 07:36
LUKAŞENKO RUSİYAYA QARŞI ÇIXDI: Avropa Moskvanın qarşısını almalıdır

Gunaz.tv
LUKAŞENKO RUSİYAYA QARŞI ÇIXDI “Avropa Moskvanın qarşısını almalıdır” 2139.jpg Belarus prezidenti hesab edir ki, Rusiya Qafqazda atdığı addımları Belarusa münasibətdə də təkrarlayarsa, Avropa Moskvanın qarşısını almaq hüququna malik olacaq. APA-nın məlumatına görə, Aleksandr Lukaşenko bunu Böyük Britaniyanın “The Financial Times” qəzetinə müsahibəsində deyib. O, Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımayaraq Moskvanı qıcıqlandırdığını, bununla belə, sentyabrın sonunda formalaşacaq yeni parlamentin bu məsələyə münasibət bildirəcəyini söyləyib: “Allah göstərməsin, Rusiya Belarusa qarşı da bu cür addımlar atsa, Avropanın istənilən metod və vasitə ilə onun qarşısını almaq hüququ olacaq”. A. Lukaşenko bildirib ki, Qərb keçmiş SSRİ ərazisindəki proseslərdə fəal iştirak etməlidir. Onun fikrincə, keçmiş sovet respublikalarının Cənubi Osetiya və Abxaziyanı tanımaması məhz Qərbin təsirinin nəticəsidir. Xəbər xidməti musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar