SON XƏBƏRLƏR

PAKİSTANIN YUXARI DİR RAYONUNDA GİROV GÖTÜRÜLƏN 300 MƏKTƏBLİ AZAD EDİLİB

2021.10.20, 07:36
PAKİSTANIN YUXARI DİR RAYONUNDA GİROV GÖTÜRÜLƏN 300 MƏKTƏBLİ AZAD EDİLİB

Gunaz.tv
PAKİSTANIN YUXARI DİR RAYONUNDA GİROV GÖTÜRÜLƏN 300 MƏKTƏBLİ AZAD EDİLİB girov.jpg Məlumata görə, girovların azad edilməsində yerli sakinlər yaxından iştirak edib. Məktəbin silahlılar tərəfindən ələ keçirilməsindən sonra sakinlər silahlanaraq binanı və rayonu mühasirəyə alıb. Baş verən atışmada terrorçulardan ikisi öldürülüb, digərləri isə qaçmağa müvəffəq olub. Öldürülən silahlıların «Əl-Qaidə» terror təşkilatı və Taliban hərəkatı ilə bağlı olduqları bildirilir. ---------------------------------------------------------------------- Kreml Lavrovu Aleksey Qromovla əvəz edəcək Rusiya qərblə münasibətlərini gərginləşdirmək niyyətində deyil. Bu məqsədlə prezident administrasiyası yaxın günlərdə bir sıra addımlar atmaq niyyətindədir. Görülən tədbirlərdən biri prezident administrasiyasının rəhbərinin müavini Aleksey Qromovun xarici işlər naziri vəzifəsinə təyin olunması ilə bağlıdır. O, xarici işlər naziri Sergey Lavrovu əvəz edəcək. Bununla da Rusiya xarici siyasət sahəsində gərginliyi azaltmaq istəyir. Qromov prezident administrasiyasında ölkənin xaricdəki imici üzərində çalışır. Medvedyev və Putin tərəfindən fəaliyyəti yüksək qiymətləndirilən Lavrovun isə baş nazirin müavini təyin ediləcəyi gözlənilir. O, Rusiyanı xarici siyasətdə təmsil edə bilməyəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar