SON XƏBƏRLƏR

Qafqazda Türkiyə ilə əməkdaşlıq edirik - ABŞ dövlət katibi

2021.10.20, 07:36
Qafqazda Türkiyə ilə əməkdaşlıq edirik - ABŞ dövlət katibi

Gunaz.tv
Qafqazda Türkiyə ilə əməkdaşlıq edirik - ABŞ dövlət katibi ABŞ dövlət katibi Kondoliza Rays ABŞ-ın Qafqazda Türkiyə ilə əməkdaşlıq etdiyini bildirib. Bu haqda CNN Türk agentliyi məlumat verib. Marşal Fondunda çıxış edən Rays Rusiyanın Qafqazdakı hərəkətlərinin dünya birliyi tərəfindən dəstəklənmədiyini və ABŞ-ın Qafqazda Türkiyə ilə əməkdaşlığı davam etdirəcəyini bildirib. «Qafqazda əməkdaşlığın əsasını qurmaq üçün Türkiyə kimi müttəfiqlərimizlə birgə işləyirik», - deyə Rays bildirib. ABŞ dövlət katibi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini həll etmək və müxtəlif enerji mənbələri yaratmaq üçün əməkdaşlığın zəruri olduğunu əlavə edib. Rays regiondakı enerji resurslarının qərb bazarlarına ötürülməsi üçün Türkiyə, Gürcüstan və Azərbaycan ilə əməkdaşlıq etdiklərini də əlavə edib. trend ---------------------------------------------------------------------- Türkiyə Rusiyadan tank əleyhinə raket alacaq Rusiya və Türkiyə arasında tank əleyhinə raketlərin satışı haqqında müqavilə imzalanıb. Bu haqda Türkiyənin «Axşam» qəzeti məlumat verib. İki ölkə arasında imzalanmış silah satışı haqqında müqaviləyə əsasən, Rusiyanın «Rosoboroneksport» şirkəti Türkiyənin quru qoşunlarına 800 ədəd tank əleyhinə raket satacaq. Müqavilənin ümumi dəyəri 100 milyon dollar təşkil edir. Bundan bir müddət əvvəl isə Rusiya və Türkiyə müqavilənin imzalanması ilə bağlı razılığa gələ bilmirdilər. Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinə məktubundan sonra müqavilənin imzalanması istiqamətində olan maneələr dəf edilib. Türkiyə bu müqavilənin imzalanmasından sonra Rusiyadan hava hücumundan müdafiə (HHM) qurğuları almaq niyyətində olduğunu da bəyan edib. trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar