SON XƏBƏRLƏR

Pakistan-ABŞ münasibətləri gərginləşib

2021.10.20, 07:36
Pakistan-ABŞ münasibətləri gərginləşib

Gunaz.tv
Pakistan-ABŞ münasibətləri gərginləşib article_1221814503.gif ABŞ-ın pilotsuz təyyarəsi heç bir xəbərdarlıq etmədən Pakistana raket zərbəsi endirib QayNar: Pakistan ABŞ-ın onun ərazilərini raket hücumlarına məruz qoyduğunu deyir. Rəsmi İslamabad bildirir ki, Vaşinqton şübhəli raket hücumları barədə heç bir xəbərdarlıq vermədən hücuma keçib. "Qaynar.info"-nun verdiyi xəbərə görə, ordu generalları daha sərt danışıb. Onlar ölkənin suverenliyinin müdafiə ediləcəyini söyləməklə, ABŞ-a qarşı açıq hədə səsləndiriblər. Bu bəyanatı şərh edən Pakistanın xarici işlər naziri Şah Mahmud Qureşi bunun iki ölkə arasında müqavilələrər ABŞ-ın ehtiram göstərmədiyinə işarə olduğunu deyib. Nazir bu kimi beynəlxalq hərbi müdaxilələrin Pakistan və ABŞ arasında əməkdaşlığa zərbə endirdiyini deyib. Xatırladaq ki, Amerikanın pilotsuz təyyarəsi dünən Əfqanıstanla sərhəddə yerləşən cənubi Vəziristan vilayətini raket atəşinə tutub. Amerika isə buna heç bir izahat vermir. // T.İsmayılov, QayNar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar