SON XƏBƏRLƏR

AXCP-dən kütləvi istefalar var

2021.10.20, 07:36
AXCP-dən kütləvi istefalar var

Gunaz.tv
AXCP-dən kütləvi istefalar var deal.jpg Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədri Qulamhüseyn Əlibəylinin partiya sıralarından istefa verməsindən sonra paytaxt və yerlərdə AXCP-dən qopmalar başlayıb. “OLAYLAR”İA-ya daxil olan məlumata görə, partiyanın Qobustan rayon təşkilatından Ali Məclisin üzvü olan Məzahir Qayıbov bir qrup tərəfdarı ilə AXCP-dən istefa verib. Bununla bağlı bəyanat yayan keçmiş cəbhəçilər Qulamhüseyn Əlibəylinin tərəfinə keçdiklərini və onun seçki kampaniyasında yaxından iştirak edəcəklərini bildiriblər. Bəyanat müəllifləri partiyadan istefa vermələrinin səbəblərini AXCP-nin son illərdə uğursuz siyasət aparması ilə əlaqələndiriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar