SON XƏBƏRLƏR

Gültəkin Hacıbəyli (Hacıyeva): “Hər bir vətəndaş öz soyadını milliləşdirməlidir”

2021.10.20, 07:36
Gültəkin Hacıbəyli (Hacıyeva): “Hər bir vətəndaş öz soyadını milliləşdirməlidir”

Gunaz.tv
Gültəkin Hacıbəyli (Hacıyeva): “Hər bir vətəndaş öz soyadını milliləşdirməlidir” gultekinhacibeyli.jpg «Media forum» saytı xəbər verir ki, Milli Məclisin deputatı Gültəkin Hacıyevanın soyadı bu gündən Hacıbəylidir. Xanım deputatın soyadının dəyişdirilməsi haqda məhkəmə qərarı sentyabrın 19-da rəsmən qüvvəyə minib. Millət vəkilinin soyadını Hacıbəyliyə dəyişdirmək müraciətinə baxan Nəsimi Rayon Məhkəməsi hələ ötən ay müsbət qərar çıxarmışdı. Qanun bir ay möhləti nəzərdə tutduğundan məhkəmə qərarının qüvvəyə minməsi sentyabrın 19-na saxlanmışdı. G.Hacıyeva «Media forum»a deyib ki, şəxsiyyət vəsiqəsində və ümumvətəndaşlıq pasportunda soyadının dəyişdirilməsi üçün müvafiq qurumlara müraciət edəcək. Millət vəkilinin fikrincə, hər bir vətəndaş öz soyadını milliləşdirməlidir. O özündən başlamaqla nümunə göstərmək istədiyini də deyib. Gültəkin Yunis qızı Hacıbəyli 1973-cü il oktyabrın 13-də Bakıda anadan olub. Bakı Dövlət Universitetinin şərqşünaslıq və hüquq fakültələrini bitirib. İngilis, fransız, rus, ərəb və fars dillərini bilir. 1996–2002-ci illərdə Qərb Universitetində, 1995−1997-ci illərdə Bakı Dövlət Universitetində işləyib, 2002-ci ildən BDU-nun beynəlxalq hüquq kafedrasının müəllimidir. 2005-ci il noyabrın 6-da 96 saylı Goranboy-Naftalan seçki dairəsindən deputat seçilib. Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyası sədrinin müavini, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar