SON XƏBƏRLƏR

Əli Babacan: Ermənistanda ərzaq və enerji qıtlığı mövcuddur

2021.10.20, 07:36
Əli Babacan: Ermənistanda ərzaq və enerji qıtlığı mövcuddur

Gunaz.tv
«Ermənistanda ərzaq və enerji qıtlığı mövcuddur» babacan_25.jpg Türkiyənin xarici işlər naziri Əli Babacan Türkiyə-Ermənistan münasibətləri ilə bağlı jurnalistlərin suallarını cavablandırıb Türkiyə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda keçiriləcək üçtərəfli görüşü ərəfəsində Türkiyənin xarici işlər naziri Əli Babacan Cənubi Qafqazda vəziyyət və Türkiyə-Ermənistan münasibətləri ilə bağlı jurnalistlərin suallarını cavablandırıb. İrəvanla danışıqların Türkiyə prezidenti Abdulla Gülün səfərindən əvvəl də aparıldığını diqqətə çatdıran nazir deyib ki, Ermənistan prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyan görüşlərdə ermənilərin Dağlıq Qarabağ problemini həll etmək istədiklərini bildirib. O, Rusiya ilə Gürcüstan arasında baş verən gərginlik «dondurulmuş» münaqişələrin nə qədər təhlükəli olduğunu bir daha göstərdiyini də bildirib. Türkiyə bu hadisələr zamanı Azərbaycanın enerji layihələrinin zərər görməsindən ehtiyat da edib. Əli Babacan daha sonra qeyd edib ki, Ermənistanda ərzaq və enerji qıtlığı mövcuddur. Türkiyə bu çətinliklərin aradan qaldırılmasına yardım edəcək bir atmosferin yaradılması üçün səylər göstərib. Ermənistan-Azərbaycan münaqişəsinin həllinin Ankara ilə İrəvan arasında münasibətlərin normallaşmasına töhfə ola biləcəyini də söyləyən Əli Babacan, ABŞ-ın dövlət katibi Kondoliza Raysın da Türkiyənin bu istiqamətdə səylərini dəstəklədiyini bildirib. Nazir əlavə edib ki, Rusiya ilə Gürcüstan arasında münaqişə Avropa İttifaqını yeni enerji mənbələri məsələsində daha sürətli hərəkət etməyə vadar edib. Bu baxımdan «Nabukko» layihəsinin əhəmiyyəti bir daha gündəmə gəlib./ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar