SON XƏBƏRLƏR

ATA BUŞ MİXAİL QORBAÇOVA «AZADLIQ» MEDALI VERDİ

2021.10.20, 07:36
ATA BUŞ MİXAİL QORBAÇOVA «AZADLIQ» MEDALI VERDİ

Gunaz.tv
ATA BUŞ MİXAİL QORBAÇOVA «AZADLIQ» MEDALI VERDİ qorbacov-2.jpg 1988-92 illərdə ABŞ prezidenti olmuş ata Corc Buş sentyabrın 18-də keçmiş SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçova «Azadlıq» medalı təqdim edib. «Media forum» saytı xəbər verir ki, M.Qorbaçov ABŞ-ın Milli Konstitutisiya Mərkəzinin təsis etdiyi medala «soyuq müharibə»nin aradan qaldırılması ilə bağlı fəaliyyətinə görə layiq görülüb. Filadelfiyada keçirilən təntənəli təqdimat mərasimində çıxış edən ata Buş deyib ki, Berlin divarlarının dağıdılmasından sonrakı 20 il ərzində biz onun bütün dünya siyasətinə təsirini hiss edirik. M.Qorbaçov isə mükafatı dünya ölkələrinin tarixində yaranan dönüş mərhələsinə verilən qiymət kimi dəyərləndirib. 1988-ci ildə təsis olunan mükafatı ötən müddətdə Lex Valensa, Vatslav Havel, Cimmi Karter, Kofi Annan, Kolin Pauell, Həmid Karzayi, Viktor Yuşşenko, Bill Klinton və ata Corc Buş kimi tanınmış siyasət adamları alıb. Medalın üstündə 100 min dollar pul da verilir. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar