SON XƏBƏRLƏR

SERJ SƏRKİSYANIN HAKİMİYYƏT ORTAĞI ARTUR BAĞDASARYAN TÜRKİYƏNİN VASİTƏÇİLİYİNƏ QARŞI ÇIXDI

2021.10.20, 07:36
SERJ SƏRKİSYANIN HAKİMİYYƏT ORTAĞI ARTUR BAĞDASARYAN TÜRKİYƏNİN VASİTƏÇİLİYİNƏ QARŞI ÇIXDI

Gunaz.tv
SERJ SƏRKİSYANIN HAKİMİYYƏT ORTAĞI ARTUR BAĞDASARYAN TÜRKİYƏNİN VASİTƏÇİLİYİNƏ QARŞI ÇIXDI bagdayan-1.jpg Ermənistan prezidenti yanında Milli Təhlükəsizlik Şurasının katibi Artur Bağdasaryan Türkiyənin Dağlıq Qarabağ münaqişəsində vasitəçiliyinin əleyhinə çıxıb. «Media forum» saytı xəbər verir ki, hakim Respublika Partiyasının ortağı olan Orinats Yerkir Partiyasının lideri bu gün jurnalistlərə Ermənistanın ATƏT-in Minsk qrupu formatını müdafiə etdiyini bildirib. O deyib ki, sentyabrın 17-də Yerevanda səfərdə olan Minsk qrupunun fransalı həmsədri Bernar Fasye ilə görüşüb: «Minsk qrupunun həmsədrləri olan Rusiya, Fransa və ABŞ bu formatın dəyişdirilməməsi haqda qənaətimizi bölüşürlər». Artur Bağdasaryan Türkiyə prezidenti Abdulla Gülün münaqişənin həlli istiqamətində fəaliyyət göstərmək istəyinə gəldikdə isə Təhlükəsizlik Şurası katibinin sözlərinə görə, köməklə vasitəçilik fərqli anlayışlardır: «Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün göstərilən istənilən fəaliyyəti alqışlayırıq». Həmsədrlər Bernar Fasye ilə Metyu Brayzanın regiona budəfəki səfəri zamanı Xankəndinə getməsinə toxunan A.Bağdasaryan bu faktı Dağlıq Qarabağın yavaş-yavaş danışıqlar prosesinə fəal qoşulması kimi izah edib. Təhlükəsizlik Şurasının katibi Ermənistan-Türkiyə münasibətlərindən də danışıb: «Bizim qonşularımız düşmənimiz deyil və biz onlarla təbii əlaqələr qurmalıyıq». Artur Bağdasaryan 1968-ci ildə Yerevanda doğulub. Yerevan Dövlət Universitetinin hüquq fakültəsini və Rusiya Federasiyası Prezidenti yanında Dövlət Xidməti Akademiyasını bitirib. Hüquq elmləri doktorudur. 1998-ci ildə Orinats Yerkir Partiyasının sədri seçilib. 2003-2006-cı illərdə Ermənistan parlamentinin sədri olub. 2006-cı ildə istefa verərək müxalifətə keçib. Bu il fevralın 19-da Ermənistanda keçirilmiş prezident seçkisində üçüncü yeri tutub və həmin seçkinin qalibi elan olunmuş Serj Sərkisyanla koalisiyaya gərərək müxalif düşərgəni tərk edib. S.Sərkisyanın prezidentliyi rəsmiləşəndən sonra A.Bağdasaryan Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyinat alıb. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar