SON XƏBƏRLƏR

AZƏRBAYCANIN XARİCİ İŞLƏR NAZİRİ BRİTANİYALI HƏMKARI ILƏ GÖRUŞÜB

2021.10.20, 07:36
AZƏRBAYCANIN XARİCİ İŞLƏR NAZİRİ BRİTANİYALI HƏMKARI ILƏ GÖRUŞÜB

Gunaz.tv
AZƏRBAYCANIN XARİCİ İŞLƏR NAZİRİ BRİTANİYALI HƏMKARI ILƏ GÖRUŞÜB elmar_mamedyarov.jpg Londonda səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov britaniyalı həmkarı Devid Milbendlə göruşüb. Görüşdə iki ölkə arasındakı mövcud münasibətlərin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb, siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin yüksək səviyyədə inkişaf etdiyi qeyd olunub. Müzakirələr zamanı Türkiyənin təklif etdiyi Qafqazda Təhlükəsizlik və Əməkdaşlıq Platformasının əhəmiyyətininə də toxunulub. Azərbaycanın regionda rolunu yüksək qiymətləndirən Böyük Britaniyanın xarici siyasət idarəsinin rəhbəri ölkəsinin şirkətləri üçün Azərbaycanda yaradılan şəraitdən razı qaldıqlarını qeyd edib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən Elmar Məmmədyarov isə münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü diqqətə çatdırıb. Səfəri çərçivəsində nazir Böyük Britaniyanın Beynəlxalq Strateji Araşdırmalar İnstitutunda “Azərbaycanın xarici siyasətinin perspektivləri” mövzusunda çıxış edib, bir sıra ikitərəfli görüşlər keçirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar