SON XƏBƏRLƏR

Qulamhüseyn Əlibəyli partiya yaratmaq qərarını qətiləşdirib

2021.10.20, 07:36
Qulamhüseyn Əlibəyli partiya yaratmaq qərarını qətiləşdirib

Gunaz.tv
Qulamhüseyn Əlibəyli partiya yaratmaq qərarını qətiləşdirib Hələlik adını və yönümünü müəyyənləşdirir AXCP Ali Məclisinin keçmiş sədri Qulamhüseyn Əlibəyli yeni partiya yaratmaq qərarını qətiləşdirib. Bu barədə o özü məlumat verib. Q.Əlibəylinin sözlərinə görə, bir neçə günə Təşəbbüs Qrupu, Təşkilat Komitəsi rəsmən elan olunacaq. "Bu qurum hələ ki, rəsmən olmadığından kiminsə adını hallandırmağı düzgün hesab etmirəm. Təşkilat Komitəsi elan olunandan sonra bütün prosesləri görəcəksiniz"- deyən Q.Əlibəyli vurğulayıb ki, partiyanın adının necə olacağı da tam aydınlaşmayıb. Hazırda Təşəbbüs Qrupunun üzvləri ilə bir neçə ad ətrafında müzakirələr aparılır. O, yaradacağı partiyanın qərargah probleminin də hələ tam həll olunmadığını nəzərə çatdırıb. Yeni partiyanın yönümünə gəldikdə isə Q.Əlibəyli bildirib ki, formalaşacaq təşkilat müxalif mövqedə duracaq: "Biz sırf mərkəzçi partiya yaratmaq istəyirik. Əminliklə deyirəm ki, hakimiyyəti dəstəkləyən yox, müxalifyönlü partiya olacaq. Siyasi xəttimizi də partiya yaranandan sonra elan edəcəyik. Bütün müxalif partiyalarla sivil əsaslarla və bir-birinin siyasi fəaliyyətinə hörmət əlaməti əsasında qurmaq fikrindəyik. Hesab edirəm ki, hər bir partiya müstəqil fəaliyyət göstərə bilər, öz xəttini özü müəyyənləşdirər, hətta xətlərimiz üst-üstə düşə bilər. Deməli, bu halda həmin partiyalarla əməkdaşlıq da edə biləcəyik. Yox, əgər mövqelərimiz uyğun gəlməyəcəksə, o halda əməkdaşlıqdan söhbət gedə bilməz". K.HACIYEV kaspi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar