SON XƏBƏRLƏR

Konqresdə dəstəyimiz artdı

2021.10.20, 07:36
Konqresdə dəstəyimiz artdı

Gunaz.tv
Konqresdə dəstəyimiz artdı ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, demokrat Den Boren Azərbaycanla əlaqələr üzrə işçi qrupa qoşulub. O, Nümayəndələr Palatasının silahlı qüvvələr, maliyyə və təbii ehtiyatlar komitəsinin üzvüdür. Oklahoma ştatından seçilmiş konqresmenin dediyinə görə, əsas məqsədi Vaşinqton və Bakı arasındakı əlaqələrin genişləndirilməsi, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasında və işğal edilmiş ərazilərin azad edilməsinə Azərbaycana yardım etməkdir. D.Borenin qərarından sonra Konqresdəki "Azərbaycan" qrupunun üzvlərinin sayı 43-ə çatıb. Amerika-Azərbaycan Cəmiyyətinin vitse-prezidenti Arzu Həsənovun dediyinə görə, Den Boren postsovet məkanındakı məhəlli münaqişələrə bələddir. "O, senator Riçard Luqarın yaxın dostlarından biri sayılsa da, Luqardan fərqli olaraq, sərt bəyanatlarla çıxış etmir. Bununla belə, cənab Boren Konqresdə postsovet ölkələrinin siyasi və iqtisadti problemlərindən baş çıxaran, habelə Türkiyə, Gürcüstan və Azərbaycanla münasibətlərin intensivləşdirilməsinin tərəfdarı kimi tanınır", - A.Həsənov söylədi. Onun sözlərinə görə, Oklahoma ştatından seçilmiş konqresmenlər arasında Demokrat Partiyasının yeganə üzvü olan Den Boren həm də mühafizəkar və mərkəzçi mövqelərə malikdir. 35 yaşlı Den Boren Nümayəndələr Palatasında quru və hərbi-hava qoşunları, müdafiə sənayesi, habelə enerji və təbii ehtiyatlar; milli parklar, meşələr və qoruqlar; kapital bazarları, sığorta, dövlət tərəfindən təminat verilən strukturlar; daxilii və xarici monetar siyasət, ticarət vət texnologiyalar üzrə alt komitələrin də üzvüdür. Humay express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar