SON XƏBƏRLƏR

KRIM KİYEVƏ QARŞI ÜSYANA QALXDI

2021.10.20, 07:36
KRIM KİYEVƏ QARŞI ÜSYANA QALXDI

Gunaz.tv
KRIM KİYEVƏ QARŞI ÜSYANA QALXDI Parlament Ukrayna hökumətinin göstərişini yerinə yetirməkdən imtina etdi Rəsmi Kiyevin rus dilini təhsildən çıxartmaq cəhdi Krım hökumətinin üsyanına səbəb olub. lent.az-ın “Vzqlyad” qəzetinə istinadən verdiyi məlumata görə, yarımadanın parlamenti Ukrayna hökumətinin orta və ali məktəblərdə təhsili tədricən ukrain dilinə keçirmək göstərişinə tabe olmaqdan imtina edib. Krımın hansı siyasi kursu yürütdüyünə heç bir şübhə qalmaması üçün parlament Rusiyanın Abxaziya və Cənubi Osetiyanı tanımaq qərarını da dəstəkləyib. Qeyd edək ki, təhsil naziri İvan Vakarçuk may ayında rus və tatar məktəblərində Ukrayna tarixi, coğrafiya və riyaziyyat fənlərini ukrain dilində tədris etmək barədə göstəriş verib. Səhiyyə naziri Vasili Knyazeviç isə avqust ayında profilli ali məktəblərdə rus dilindən tam imtinanı təklif edib. Krım parlamenti isə göstərişlərə tabe olmamaq barədə qərar çıxarıb. Qərarı parlamentin 90 deputatından 79-u dəstəkləyib. Deputatlar baş nazir Yuliya Timoşenkoya müraciət edərək nazirlərin səlahiyyət hədlərini aşdıqlarını etiraf etməyə çağırıblar. Krım parlamentinin spikeri Anatoli Qritsenko bildirib ki, Nazirlər Kabineti ayrı-ayrı nazirlərin qərarını ləğv etmək hüququna malikdir. Xəbər xidməti musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar