SON XƏBƏRLƏR

Metyu Brayza:

2021.10.20, 07:36
Metyu Brayza:

Gunaz.tv
Metyu Brayza: "ABŞ Azərbaycanın yanında olacaq" ATƏT-in Minsk qrupunun taleyi isə Rusiyanın özünü necə aparmasından asılı olacaq ATƏT-in Minsk qrupunun normal fəaliyyəti, işini bərpa etməsi Rusiyanın üzərinə götürdüyü öhdəlikləri yerinə yerinə yetirməsindən sonra mümkün olacaq. "Gürcüstanda baş verən hadisələrdən sonra qrupunun fəaliyyətinin əvvəlki qaydada davam etməsi mümkün deyil. Rusiya Gürcüstanın ərazi bütövlüyünü pozub və birbaşa Gürcüstana müdaxilə edib, bu da onu göstərir ki, Minsk qrupu əvvəllər necə fəaliyyət göstərirdisə, bu cür davam edə bilməz". Bu sözləri dünən Bakıda keçirdiyi mətbuat konfransında ABŞ dövlət katibinin müavininin köməkçisi, ATƏT-in Minsk Qrupunun həmsədri Metyu Brayza bildirib. İrəvanda olduqdan sonra srağagün axşam Bakıya gələn Brayza bildirmişdi ki, Minsk qrupu mövcud olduğu formatda funksiyasını, yəni Qarabağ münaqişəsini həll etmək işini davam etdirəcək. Onun sözlərinə görə, "ola bilsin ki, beynəlxalq hüquqa bəzi yeni elementlər gətiriləcək", amma nizamlama prosesi Azərbaycanın ərazi bütövüyü çərçivəsində aparılacaq: "İrəvanda olarkən, mən bir daha Ermənistan rəhbərliyinə çatdırdım ki, Qarabağ münaqişəsinin hər hansı bir həll variantı yalnız Azərbaycanın ərazi bütövlüyünü nəzərə almaqla mümkün ola bilər"("1news.az). Amerikalı həmsədr həmçinin "Ermənistanın mövqeyində yumşalma ola biləcəyini və danışıqlar prosesində İrəvan tərəfindən müsbət elementlərin olacağını" istisna etməyib. Bakıya səfərinin yekunları ilə bağlı dünən keçirdiyi mətbuat konfransında isə, Kondoliza Raysın müavininin köməkçisi bir daha Minsk qrupunun taleyi məsələsinə toxunub və Rusiyanın Gürcüstana təcavüzünün qrupun, daha dəqiqi onun həmsədrlərinin fəaliyyətinə mənfi təsir göstərdiyini bir daha vurğulayıb. Brayzanın sözlərindən belə qənaət çıxarmaq olar ki, Rusiya üzərinə götürdüyü öhdəliyi yerməsə - Medvedyev-Sarkozi razılaşmasına əsasən qoşunlarını Gürcüstandan çıxarmasa, Minsk qrupu normal fəaliyyət göstərməyəcək, başqa sözlə, Moskva və Vaşinqtonun birgə vasitəçiliyi alınmayacaq. "Mən Minsk qrupunda Merzlyakovla (rusiyalı həmsədr -red.) birgə işi davam etdirməyi çox istəyirəm, amma bu, Medvedyevin Sarkozi ilə imzaladığı müqavilənin şərtlərinə əməl etməsindən sonra mümkün olacaq". Brayza Rusiya rəhbərliyinin ünvanına bir sıra ciddi ittihamlar səsləndirib. Onun sözlərinə görə, Rusiyanın Gürcüstana qarşı hərəkətləri yolverilməz və əsassız olub: "Rusiya ordusu Gürcüstan ordusundan 100 dəfə güclüdür və Rusiyanın hərəkətləri 18-19-cu əsrlərin fikrinin təzahürü idi. Biz ümid edirik ki, Rusiya 21-ci əsr düşüncəsinə qayıdacaq". ABŞ diplomatı bildirib ki, beynəlxalq öhdəliklərini yerinə yetirən Azərbaycan bu sahədə Rusiyaya nümunə ola bilər: "Azərbaycan öz öhdəliklərini necə yerinə yetirirsə, Rusiya da Medvedyev-Sarkozi razılaşmaları çərçivəsində öz öhdəliklərini yerinə yetirməlidir". Rusiyanın xarici işlər naziri Sergey Lavrovun "Rusiyanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıması Dağlıq Qarabağ və Dnestryanı üçün presedent yaratmır" fikrini şərh edən Brayza bunu "Moskvanın danışıqlar prosesinə qayıtmaq cəhdi" kimi qiymətləndirib:"Ymidvaram ki, biz Minsk qrupu çərçivəsində fəaliyyəti davam etdirə bilərik. Düşünürəm ki, biz Minsk qrupunun fəaliyyətinin bərpasına qayıtmaq yolundayıq. Rusiya da görür ki, onun atdığı addımlar beynəlxalq imicinə ziyan vurub". Yeri gəlmişkən, Brayzanın xanımı, Vaşinqtonun Hadson Araşdırmalar Mərkəzinin Avrasiya proqramının direktoru Zeyno Baran "Amerikanın səsi" radiosuna müsahibəsində həmsədrlərin regiona ayrı-ayrılıqda səfər etmələrinə münasibət bildirərkən bir daha vurğulayıb ki, "hazırda Minsk Qrupunun birlikdə işləməsi çətin məsələdir": "İndiki vaxtda həmsədrlərin bir yerdə işləməsi real görünmür. Bu,mənim şəxsi fikrimdir. Qafqazda gərginliyin artdığı və Amerikanın Rusiya ilə münasibətlərini yenidən nəzərdən keçirdiyi bir vaxtda Minsk qrupunun birlikdə işləməsi ən azı qısa bir müddət üçün real deyil"... Qayıdaq Brayzanın mətbuat konfransına. Moskvanın ünvanına tənqidi davam etdirən həmsədr Kremli həmçinin beynəlxalq prinsipləri pozmaqda və ikili standartlarda ittiham edib: "Çeçenistanda müharibə zamanı Rusiya ərazi bütövlüyü prinsipinin prioriteti haqqında danışırdı. Lakin Gürcüstandakı hadisələr zamanı Moskva açıq-aşkar bu prinsipi pozub. Rusiya güc nümayişi üçün özündən qat-qat zəif ölkəni qurban kimi seçib. Vaşinqtonda Cənub Qafqazdakı münaqişələrin tarixçəsini yaxşı bilirlər. Rusiya qəsdən Cənubi Osetiya və Abxaziya sakinlərinə pasportlar paylayıb ki, sonradan bundan hərbi müdaxilə üçün əsas kimi istifadə etsin". Brayzanın Türkiyənin "Qafqazda Təhlükəsizlik və Sabitlik Platforması"na münasibəti birmənalı olmayıb. "Türkiyə həm Birləşmiş Ştatların, həm də Azərbaycanın müttəfiqidir. Türkiyə Minsk qrupunun həmsədri deyil, amma bu ölkə Azərbaycan və Ermənistan barədə bizdən daha çox məlumatlıdır. Ankara əgər öz tərəfdaşları ilə birgə regionda sülh yaratmaqda əməkdaşlıq edə bilərsə, onda bu platforma özlüyündə müsbət haldır" deyən diplomat üçün eyni zamanda, bu platformada Gürcüstan və Rusiyanın bir yerdə necə ola biləcəyi qaranlıqdır:"Tiflisdə məndən soruşurdular ki, biz ərazilərimizi işğal edən Rusiya ilə necə birlikdə ola bilərik?". Brayza üçün bu da anlaşılmazdır ki, necə olur paktda Rusiya və Türkiyə iştirak edir, AB və ABŞ isə iştirak etmir?.. *** Cənubi Qafqazda yeni situasiya yarandığını bildirən Metyu Brayzanın əsas mesajı isə bu oldu ki, ABŞ Azərbaycanı regional təhlükələr və çağırışlar fonunda tək qoymayacaq. Diplomat vurğulayıb ki, Azərbaycan istər dinc, istərsə də problemli dövrdə ABŞ-ın dəstəyinə ümid edə bilər və xüsusən Gürcüstandakı hadisələrdən sonra "ABŞ həmişə Azərbaycanın yanında olacaq". İrəvan, Xankəndi, Ankara və Bakıya səfərinin yekunları barədə danışan diplomatı ABŞ vitse-prezidenti Dik Çeynidən sitat gətirərək, Azərbaycanın ABŞ-a güvənə biləcəyini və həmişə belə olacağını bildirib: "Vitse-prezident Çeyninin Azərbaycana səfəri münasibətlərimizin dərinləşdirilməsinə bir işarədir. ABŞ Azərbaycanın müstəqilliyi, təhlükəsizliyi və inkişafında ciddi şəkildə maraqlıdır. ABŞ Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir". Azərbaycan və Ermənistan arasında bağlanacaq saziş Azərbaycanın ərazi bütövlüyü prinsipinə əsaslanmalıdır. "Ancaq bu razılaşma hər iki tərəfi razı salmalıdır" deyən həmsədr vurğulayıb:"Bu razılaşma ölkələrin ərazi bütövlüyü prinsipinə əsaslanmalıdır, daha sonra beynəlxalq hüququn digər təcrübəsindən yararlanmaq lazımdır. Biz hər iki tərəfi qane edən yol tapmalıyıq, daha sonra biznesdə olduğu kimi saziş imzalanmalıdır. Mənim rəhbərlərim Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına heç zaman bugünkü kimi diqqət ayırmayıblar". Onun sözlərinə görə, Gürcüstandakı hadisələr Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinin zəruri olduğuna dəlalət edir: "Dağlıq Qarabağ münaqişəsinin həll olunması həmişəkindən ön mərhələyə çıxıb, indi daha böyük əhəmiyyət kəsb edir. Vaşinqtonda bunu yaxşı başa düşürlər və mənim hazırki səfərim məhz bununla bağlıdır". Brayzanın sözlərinə görə, ABŞ region ölkələri ilə əməkdaşlığın inkişafı və sabitliyin bərpası üzrə səylərini iki dəfə artıracaq. Azərbaycan prezidenti, müdafiə naziri, ARDNŞ vitse-prezidenti və energetika naziri ilə görüşlər məhz buna həsr edilib. Bu görüşlərin və danışıqların mahiyyəti karbohidrogenin beynəlxalq bazarlara Cənub nəqliyyat dəhlizi ilə ixracının genişləndirilməsini təmin etməkdən ibarətdir. "ABŞ Xəzərin cənub hissəsində enerji sərvətlərinin çıxarılması və dünya bazarlarına ixracı üzrə səyləri dəstəkləyəcək". Azərbaycanın prezident seçkisini azad və ədalətli keçirmək öhdəliyi götürdüyünü deyən Brayza seçkilərə ABŞ-ın 15 oktyabrdan sonra qiymət verəcəyini bildirib. *** Beləliklə, Cənubi Qafqazda nüfuz rəqabəti gündən-günə şiddətlənməkdədir. Təbii ki, münaqişəni həll etmək, xüsusən də Azərbaycanın xeyrinə həll etmək böyük dövlətlər üçün ikinci planda olan məsələdir. Onlar regionda nəsə etməyə çalışır, öz mövqelərini möhkəmlətmək üçün bölgə dövlətlərini, daha dəqiq olsaq, Azərbaycana vədlər verirlər. Brayza dünən bir neçə dəfə ərazi bütövlüyümüzü dəstəklədiklərini və ABŞ-ın yanımızda olduğunu bəyan etdi. İlk dəfədir ki, bir ABŞ diplomatı təkrar-təkrar Bakıya dəstəyini vurğulayır. Bunu Vaşinqtonun Azərbaycana təminat verməsi kimi qəbul etmək olarmı? Birmənalı cavab vermək çətindir... "Amerika və Avropanın Cənubi Qafqazdakı maraqları ciddi böhranla üzləşib",-deyə Vaşinqtondakı Ceymstaun Fondunun eksperti Vladimir Sokor həmin Fondda "Rusiya Gürcüstan müharibəsinın ABŞ və Avropa üçün nəticələri" mövzusunda keçirilən konfransda bildirib. "Amerikanın səsi" xəbər verir ki, Sokorun sözlərinə görə, Rusiyanın Gürcüstana təcavüzü Qərbin demokratiya və enerji kimi prioritet dəyərlərini bu regionda təhlükə altına qoyub: "Gürcüstanla yanaşı, regional dəhliz təşkil edən Azərbyacan da indi böhran keçirir. Belə ki, bu ölkənin də enerji infrastrukturu və nəqliyyat dəhlizləri sistemi pozulub. Qərb prosesə ciddi müdaxilə etməli və böhranın qarşısını almalıdır" ("Turan"). Ekspertə görə, burada 2 ssenari var:"Birincisi, Rusiyanın hərbi qüvvələrini Cənubi Abxaziya və Osetiyadakı bufer bölgələrdən çıxarmaqdır. Digər yol isə Gürcüstanın NATO-ya inteqrasiya səylərini intensivləşdirmək və beləliklə də Moskvaya qarşı diplomatik cəbhə açmaqdır". Sokor bildirib ki, Qərb Rusiyanın Cənubi Qafqaza sülhyaratma missiyası adı altında müxtəlif libaslarda daxil olmasına imkan verməklə böyük səhv buraxıb:"Dağlıq Qarabağ və digər münaqişələrin Rusiya-Amerika və Rusiya-NATO müstəvisində müzakirəsi düzgün nizamlama yolu deyildi. Paralel olaraqsa, region ölkələrinin Avroatlantik dəyərlər sisteminə inteqrasiyası üçün olduqca uzun yol müəyyənləşib. İndi NATO da bölgədə sülhyaratma missiyasını ələ almalı və ora beynəlxalq nəzarəti təşkil etməlidir". Ekspert regionun yeni qüvvələr düzümündə Türkiyənin də rolunu vacib sayır. Belə ki, Ankara bölgədə sabitliyin qorunmasında Qərblə oxşar maraqları paylaşır. Bununla yanaşı, o, Türkiyənin Avropanın enerji təhlükəsizliyində bir sıra çətinliklər yaratdığını vurğulayıb. "Ankara xüsusilə Nabucco kəməri üçün nəzərdə tutulmuş Azərbaycan qazını Bakıdan ucuz alıb, Avropaya baha satmaq istəyir. Qərb Azərbaycana enerji və təhlükəsizlik məsələlərində təminatlar verməlidir". Konfransda iştirak edən Türkiyənin Vaşinqtondakı konsulu Tuncay Babalı isə bildirib ki, bütün Avropa ölkələri kimi, Türkiyə də öz enerjı təchizatında Azərbaycan qazına ümid bəsləyir: "Azərbaycan tərəfi əvvəldən Nabucco ilə nəql ediləcək qazın 15 faizini Türkiyəyə satacağına vəd verib, ancaq sonra bu anlaşma pozulub". Xaqani Rüstəm Bəkir Nərimanoğlu express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar