SON XƏBƏRLƏR

Rusiyadakı etnik münaqişələr

2021.10.20, 07:36
Rusiyadakı etnik münaqişələr

Gunaz.tv
Rusiyadakı etnik münaqişələr Məişət zəminində baş verənlər də bu cür təqdim edilir Rusiyanın xarici və daxili siyasətində baş verən hadisələrdən diqqəti yayındırmaq üçün müxtəlif bölgələrdə etnik münaqişə ocaqları yaradıla bilər. Lakin Rusiyada həmyerlilərimizlə bağlı olan hadisələrin hamısını etnik qarşıdurma kimi izah etmək olmaz. Miqrasiya Resurs Mərkəzinin rəhbəri Azər Allahverənov "OLAYLAR"a bildirib ki, Rusiyanın xarici siyasətində baş verən dəyişikliklər digər sahələri də əhatə edir: "Məsələn, Gürcüstanla bağlı hadisələrdə gürcülərə münasibət dəyişib. Biznes maraqlarının toqquşması, məişət zəminində baş verən hadisələr də etnik münaqişə kimi təqdim olunur. Çeçenlərlə baş verən münaqişə Rusiya mətbuatında çeçen-azərbaycanlı münaqişəsi kimi verilib. Halbuki sonradan münaqişənin etnik zəmində olmadığı üzə çıxıb". A.Allahverənov deyib ki, ayrı-ayrı hadisələr ümumi mənzərənin formalaşmasına səbəb olur. Lakin ümumi mənzərədən çıxış edib hadisələrin yozulması düzgün deyil. ----------------------------------------------------------------------- Naxçıvan abidələri Ensiklopediya İstanbulda nəşr olunacaq "Naxçıvan abidələri" ensiklopediyasının hazırlanması başa çatsa da kitab hələ ki, çap olunmayıb. AMEA-nın Naxçıvan bölməsinin əməkdaşı, tarix elmləri doktoru Vəli Baxşəliyevin məlumatına görə, ensiklopediyanın nəşrinin yubanması kitabın nəfis şəkildə çap edilməsinə hazırlıqla bağlıdır. Onun sözlərinə görə, kitab bir ay müddətində İstanbulda nəşr olunacaq. Qeyd edək ki, 5000 tirajla nəşr olunması nəzərdə tutulan kitab iki dildə-Azərbaycan və ingilis dillərində olacaq. ("OLAYLAR"İA)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar