SON XƏBƏRLƏR

MİNSK QRUPUNUN BİRLİKDƏ İŞLƏMƏSİ ÇƏTİN MƏSƏLƏDİR

2021.10.20, 07:36
MİNSK QRUPUNUN BİRLİKDƏ İŞLƏMƏSİ ÇƏTİN MƏSƏLƏDİR

Gunaz.tv
“MİNSK QRUPUNUN BİRLİKDƏ İŞLƏMƏSİ ÇƏTİN MƏSƏLƏDİR” 3625.jpg “Hazırda Minsk Qrupunun birlikdə işləməsi çətin məsələdir”. Bunu “Hadson” Araşdırmalar Mərkəzinin Avrasiya proqramının direktoru Zeyno Baran “Amerikanın səsi” radiosuna müsahibəsində ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona ayrı-ayrılıqda səfər etmələrinə münasibət bildirərkən deyib. Ekspertin fikrincə, indiki vaxtda həmsədrlərin bir yerdə işləməsi real görünmür: “Bu, mənim şəxsi fikrimdir. Qafqazda gərginliyin artdığı və Amerikanın Rusiya ilə münasibətlərini yenidən nəzərdən keçirdiyi bir vaxtda Minsk Qrupunun birlikdə işləməsi ən azı qısa bir müddət üçün mümkün deyil”. Z.Baran diqqəti habelə son günlər Qarabağ münaqişəsilə bağlı Rusiya və Türkiyənin ayrı-ayrılıqda diplomatik səylərini intensivləşdirməsinə yönəldib. Onun firkincə, indi region uğrunda nüfuz rəqabəti gedir. “Hər kəs bölgədə nə isə etməyə çalışır. Rusiya da Qafqazda möhkəmlənmək istəyir, Türkiyə də. Bu təşəbbüslərin nə qədər bir-biri ilə koordinasiya olunduğunu demək çətindir. Deyilənlərə görə, hamı həll istəyir. Amma yanaşmalar fərqlidir. Tezliklə hər şey məlum olacaq”, - deyə Zeyno Baran vurğulayıb. Ekspert onu da deyib ki, indi əsas sual Türkiyənin regionda vasitəçilik səylərini Amerika və Rusiya ilə necə uzlaşdırmasıdır. Xəbər xidməti musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar