İranda daha 9 məhbus edam edildi
Ceyhun Bayramov Ankarada TDT XİN Şurasının iclasında iştirak edib
İran edam və repressiyaları dərhal dayandırmalıdır- Hollandiya
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb
Rəsmi Seul Hörmüz boğazına hərbi qüvvə göndərməklə bağlı ABŞ-la danışıqlar aparır
Ceyhun Bayramov Türkiyəyə səfər edib
Qəzvinli fəal həbs edildi
Türkiyədə Cümhuriyyət Günü qeyd olunur
Tramp İranla müharibəni çox qısa müddətdə başa çatdırmaq niyyətindədir
İran polisi daha bir bəlucu öldürdü
İran məhkəməsi daha bir bəhaiyə ağır həbs cəzası verdi
İsrail və ABŞ razılaşıb: İrana genişmiqyaslı hücum bərpa ediləcək
Türkiyədə ABŞ İran arasında görüş keçirilməsi təklif edilib
İran Əmək Nazirliyinin rəsmisi ilin sonunadək 1 milyon 400 min iş yerinin itirilməsi təhlükəsi barədə xəbərdarlıq edib
Əmirhüseyn Ağayi Təbrizdə həbs edilib
Güneyli fəal Mehrdad Qaderi Təbriz həbsxanasına köçürülüb
İranda illik inflyasiya 76,8 faizə çatıb: ərzaq məhsullarında kəskin bahalaşma
Küveyt İran səfirini çağırıb
Ramil Həsən Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
ABŞ İsrailə daha çox “Patriot” hava hücumundan müdafiə sistemi göndərir
Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
Allahşükür Paşazadə: Dindarlar hər zaman dövlətimizin yanındadırlar, xaricdən gələcək hər bir təxribata cavab verməyə hazırıq
Iranda daha altı məhbus edam edilib
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Sulduzlu sosial media fəalı müvəqqəti olaraq sərbəst buraxılıb
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
Tramp seçkilərdən sonra İrana zərbə endirilməsinin mümkün olduğunu bildirib
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
ABŞ İranın Amerika hərbi gəmilərinin Hörmüzdən çıxması barədə bəyanatını təkzib edib
CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
Ərdəbilli fəal həbs edilib
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
İraqlı etirazçılar: “İran, itlərini geri çək!” (Video)
İran işğalçı rejiminin Azərbaycan Respublikasında din və hicabı müdafiə etməsi, işğal altındakı Əhvazda isə sünnilərin və vilayəti-fəqihə tabe olmayan şiələrin toplantılarını qadağan etməsi və onları həbs etməsi arasındakı ziddiyyət!!
İranda Güneyli rejissor həbs və əmlakının müsadirəsi cəzasına məhkum edilib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Traxtur “Malavan”a qarşı 3:0 hesabı ilə məğlub elan edildi
Məkkə Sazişi Türkiyə parlamentinin komissiyasında qəbul edilib
Əhməd Xatəmi: Müctəba Xameneinin seçilməsi Allahın işi idi! Onu cəmi bir dəqiqəyə seçdik!
Həmədanda iş qəzası- Daha bir nəfər həlak oldu
Rusiyanın Gürcüstana müdaxiləsindən sonra Cənubi Qafqazda yaranmış yeni vəziyyət Qarabağ münaqişəsinin həlli üçün danışıqları da sürətləndirib. Xəbər verildiyi kimi, bu dəfə münaqişənin həllinə regionda bir-biri ilə qarşıdurma içərisində olan güclər ayrı-ayrılıqda girişiblər. Əvvəlcə Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza təkbaşına regiona səfər edib, onun ardınca fransalı həmsədr Bernar Fayse regionda peyda olub. İndiyədək onlarla bir oturub-duran rusiyalı həmsədr Yuri Merzlyakov hələ bölgədə görünmür,... ...ancaq Kreml prezidentlər səviyyəsində məsələni münaqişə tərəfləri ilə artıq müzakirə edib və İrəvanla Bakı arasında birbaşa vasitəçiliyə başlayıb. Təmaslara ötən həftə Xankəndi və İrəvandan başlayan Metyu Brayza sentyabrın 17-də axşam Bakıya gəlib. O, jurnalistlərə bildirib ki, Rusiya ilə ABŞ arasında yaranmış soyuq münasibətlərə baxmayaraq, ATƏT-in Minsk qrupu fəaliyyətini davam etdirməlidir: “İstənilən halda rəsmi Vaşinqton Minsk qrupunun fəaliyyətini dəstəkləyir. Çünki onun münaqişənin həllində ciddi rolu var”. Amerikalı diplomat onu da əlavə edib ki, münaqişənin tənzimlənməsi üzrə proses ilk olaraq Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi prinsipi ilə davam edəcək və bu mövqeyi Ermənistanda səfərdə olarkən ölkə rəhbərliyi ilə keçirilən görüşlərdə də xüsusi vurğulanıb. Brayza deyib: “Rusiya ilə hazırda çətin münasibətlərimiz var. Amma mən hesab edirəm ki, Minsk qrupuna gəldikdə, bu çətinliklər keçib gedəcək. Əgər Rusiya Fransa prezidenti ilə əldə olunmuş atəşkəs haqda sənədin müddəalarına və öhdəliklərə əməl etsə. Belədə Rusiya ilə işləmək mümkün olacaq. Çünki bu qrupun indiyədək münaqişənin həllində böyük rolu olub. Ankarada türk dostlarım mənə dedilər ki, onlar ATƏT-in Minsk qrupunun fəaliyyətinə yardım göstərmək istəyirlər. Türkiyənin Ermənistanla münasibətlərində dəyişikliklər etməsi ermənilərin mövqelərinin dəyişilməsinə səbəb ola bilər. Bu da normaldır və bunun müsbət nəticələri ola bilər. Mən orada qeyd etdim ki, biz ilk olaraq Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi prinsipindən çıxış edəcəyik. Son nəticədə ümumi razılıq olmalıdır. Ola bilsin ki, prosesə beynəlxalq hüququn yeni prinsipləri əlavə olunsun. Amma istənilən halda biz Azərbaycanın ərazi bütövlüyü prinsipini əsas sayırıq”. Dünən amerikalı diplomat Bakıda görüşlər keçirib. O, əvvəlcə müdafiə naziri Səfər Əbiyevlə, daha sonra prezident İlham Əliyevlə görüşüb. Bu görüşlər haqda qısa rəsmi məlumatlardan əlavə bilgi yoxdur. Xarici işlər naziri Elmar Məmmədyarov Londonda səfərdə olduğundan, Brayza onunla görüşə bilməyib. Bakıya dünən günün ikinci yarısında gələn fransalı həmsədr Bernar Fasyenin də analoji görüşlər keçirəcəyi gözlənilirdi. O, İrəvanda və Xankəndində keçirdiyi görüşlər zamanı amerikalı həmkarından fərqli olaraq Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin vacibliyi haqda danışmayıb, yalnız onu deyib ki, Qafqazda baş verənlərdən dərs götürərək münaqişələrin istisnasız olaraq dinc yolla həllinə üstünlük verilməlidir. Fasye İrəvanda olarkən demişdi ki, Bakıda Brayza ilə görüşməyə çalışacaq və onunla Azərbaycanla Ermənistan xarici işlər nazirlərinin Nyu Yorkda, BMT Baş Assambleyasında görüşlərini təşkil etmək məsələsini müzakirə edəcək. Xəbər verildiyi kimi, xarici işlər nazirlərinin Nyu Yorkda görüşü artıq razılaşdırılıb, ancaq Türkiyənin vasitəçiliyi ilə. Minsk Qrupu həmsədrlərinin bu görüşdə iştirakı nəzərdə tutulmur. Amerikalı və fransalı həmsədrlərin bir-birindən ayrı regionda olduqları bir vaxtda Rusiyadan Kremlin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün vasitəçiliyi “tam şəkildə sürətləndirəcəyi” haqda bəyənat səslənib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Beynəlxalq Məsələlər üzrə Federasiya Komissiyasının dünən keçirilən iclasında deyib ki, Moskvanın Cənubi Osetiya və Abxaziya regionlarının müstəqilliyini tanıması Moldovanın Dnestryanı regionu və Azərbaycanın Dağlıq Qarabağ ərazisi üçün presedent ola bilməz: “Biz Tiflisdəki rejimdən fərqli olaraq regional münaqişələri siyasi və diplomatik vasitələrlə, eləcə də beynəlxalq ictimaiyyətin kollektiv tədbirləri nəticəsində həll etməyə çalışırıq”. Lavrov bildirib ki, Rusiya MDB məkanındakı münaqişələri beynəlxalq qanunlar və BMT Nizamnaməsi çərçivəsində həll etməkdə davam edəcək. “Biz öz vastiəçilik missiyamızı danışıqlar prosesi və sülhyaratma vasitəsilə reallaşdıracağıq”, deyə Lavrov bildirib. Nazir Moskvanın xüsusilə Dağlıq Qarabağ və Dnestryanı problemlərin nizamlanması istiqamətində vasitəçilik missiyasını tam şəkildə sürətləndirəcəyini vurğulayıb. Onun sözlərinə görə, Qarabağ və Dnestryanı münaqişələrin həllilə məşğul olanlar beynəlxalq qanunları və hazırkı müqavilələri pozmağı planlaşdırmırlar. Göründüyü kimi, Qarabağ münaqişəsi ətrafında danışıqlar prosesi Azərbaycanda yaxınlaşan sekilərə baxmayaraq, xeyli sürətlənib. Yaxın günlərdə Nyu Yorkda Türkiyənin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında görüş olacaq, həmin vaxt üç ölkə prezidentinin də bir araya gəlməsi istisna deyil. Daha sonra Rusiya prezidentinin vasitəçiliyi ilə Serj Sərkisyan və İlham Əliyevin bir araya gəlməsi gözlənilir. ABŞ da öz adından tərəfləri bir araya gətirib nəsə etməyə çalışır, Fransa isə o biri yandan Avropa Birliyini təmsil edən tərəf kimi münaqişənin nizamlanmasında söz sahibi olmaq istədiyini göstərməyə çalışır. Başqa sözlə, Qarabağ münaqişəsi ətrafında bir növ yarış başlayıb, ancaq bu yarışın Azərbaycanın nə dərəcədə xeyrinə olacağını təxmin etmək çətindir. Siyasət şöbəsi musavat
Türkiyədə Cümhuriyyət Günü qeyd olunur
İran polisi daha bir bəlucu öldürdü
İsrail və ABŞ razılaşıb: İrana genişmiqyaslı hücum bərpa ediləcək
Türkiyədə ABŞ İran arasında görüş keçirilməsi təklif edilib
Iranda daha altı məhbus edam edilib
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Iranda daha altı məhbus edam edilib
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İran agentlərinin ABŞ ərazisində olması ehtimalı yüksəkdir- New York Times
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
Urmiya gölünün son vəziyyəti açıqlandı
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb