SON XƏBƏRLƏR

İranın Geniş Cəsus Şəbəkəsi Körfəz Ölkələri Üçün Təhlükəlidir

2021.10.20, 07:36
İranın Geniş Cəsus Şəbəkəsi Körfəz Ölkələri Üçün Təhlükəlidir

Gunaz.tv
“İranın Geniş Cəsus Şəbəkəsi Körfəz Ölkələri Üçün Təhlükəlidir” Sürgündə yaşayan İranlı keçmiş diplomat Adil Əl Əsədi “Dubay Qolf Nyus” qəzetine verdiyi müsahibədə İslam İnqilabının Mühafizəçiləri Korpusunun (İİMK) 1979-cu ildən etibarən, yəni inqilabdan həmən sonra xüsusi cəsus şəbəkələri yaratdığını və bu şəbəkələrin xüsusilə Körfəz ölkələrində yaxşı təşkilatılandıqlarını iddia etdi. Adil Əl Əsədi Körfəz ölkələrindəki cəsus şəbəkələrinin bir qisminin vəzifəsinin sadəcə bilgi toplamaq olduğunu, ikinci əsas qismin məqsədinin isə sakitcə gözləyərək əmr gəldiyi zaman bu ölkələrdə sabitliyi pozmaq olduğunu açıqlamışdır. Onlar bunun üçün bütün lazımi imkanlara da sahibdirlər, deyə o iddia etmişdir. Qətərə rəsmi səfərə gedən İranın Müdafiə Naziri Mustafa Məhəmməd Nəccar mətbuat konfransında bu iddianı yalanlamışdır. Nəccar iddiaları, “Qərbdəki düşmənlərin əsassız ittihamları” kimi qiymətləndirmişdir. O, Körfəz ölkələrinin təhlükəsizliyinin İran üçün çox əhəmiyyətli olduğunu da əlavə etmişdir. Qeyd edək ki, İranın nəinki qonşu ölkələrdə, ümumilikdə dünyanın müxtəlif regionlarda həm terror aksiyaları törədəcək, həm də iqtisadi və siyasi sabitliyi poza biləcək şəbəkələrə sahib olduğuna dair iddialar uzun müddətdir ki irəli sürülməkdədir. İranın bu cür şəbəkələrdən öz siyasi və hərbi məqsədlərinə çatmaq yolunda əlavə qüvvə kimi istifadə etməyə çalışdığı iuddia olunur. İranın ABŞ və ya İsrailin ona hərbi müdaxiləsi ehtimalına qarşı bu ölkələrə və onun müttəfiqlərinə zərər verə bilmə gücünü yüksək səviyyədə saxladığı güman edilir. İranlı keçmiş diplomatın açıqlamaları bu mənada xüsusi əhəmiyyət daşıyır və Adil Əl Əsədi qeyd etməsə də Körfəz ölkələri ilə yanaşı İrana qonşu digər ölkələr üçün də diqqət edilməli olan bir məsələdir. araztm

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar