SON XƏBƏRLƏR

İran "dəniz şəhidləri" hazırlayır

2021.10.20, 07:36
İran "dəniz şəhidləri" hazırlayır

Gunaz.tv
İran "dəniz şəhidləri" hazırlayır Rusiya isə İranda hərbi bazalar yaratmaq istəyir ABŞ və ya İsrailin İrandakı nüvə obyektlərinə zərbələr endirəcəyi təqdirdə İranın hərbi-dəniz qüvvələri Fars Körfəzində amerikalıların gəmilərinə "canavlar təki dəstə ilə" hücum edəcəklər. İran HDN-nin yeni taktikasına görə, "İslam İnqilabı Keşikçiləri Korpusu"nun ("Pasdaran") fanatik hərbçilərinin idarə edəcəyi katerlər hər biri 20 gəmilik dəstələrlə beynəlxalq sularda üzənn gəmilərə şığıyacaqlar. İran rəhbərinin "Pasdaran"dakı nümayəndəsi Əli Şirazinin dediyinə görə, "belə taktika düşmənə xilas olmaq üçün heç bir şans vermir". Fransanın Müdafiə Nazirliyinin yetkililəri də etiraf edirlər ki, iranlılar raketlərlə təchiz edilmiş sürətli katerləri vasitəsilə iri gəmiləri vurub batıra bilərlər. "Kilo" tipli üç sualtı qayıq və xüsusi təyinatlı desant daşımaq üçün nəzərdə tutulmuş 10 kiçik sualtı qayıqdan savayı İranın minlərlə hərbi kateri var. Onların arasında yüzlərlə kater "dəniz şəhidləri"nin əməliyyatları üçün yararlıdır. İran eyni zamanda uçuş məsafəsi 300 km olan "Rəad" gəmi əleyhinə raket ilə orta sinifli yeni "Xaem" sualtı qayığının sınaqlarına hazırlaşır. Bu arada bəlli olub ki, Rusiya Müdafiə Nazirliyi İranın iki vilayətində hərbi bazalar yaratmaq niyyətindədir. "Şəhab News" agentliyinin verdiyi xəbərə görə, həmin bazalardan birinin İranın Türkiyə və Azərbaycan sərhədlərindəki Qərbi Azərbaycan, digəri isə Fars Körfəzi sahilindəki Xuzistan ostanında (ostan - vilayət, red.) qurulması nəzərdə tutulub. Fars Körfəzindəki Qəsm adasında yaradılacaq hərbi baza əsasən hava hücumundan müdafiə sistemləri və zenit-raket komplekslərindən ibarət olacaq. Tehranı razı salmaq üçün Moskva İranın Buşəhr şəhərində inşa etdiyi atom-elektrik stansiyasındakı reaktorun hasilat gücünü artırıb təkmilləşdirməyi, iki ölkə arasındakı siyasi, hərbi, iqtisadi və s. əlaqələri intensivləşdirməyi təklif edib. Xəbəri nə Moskva, nə də Tehranın rəsmi strukturları təsdiqləməyib. Əksinə, İran Müdafiə Nazirliyi bazalarla bağlı məlumatı "axmaq uydurma", Rusiyanın XİN-i isə "absurd" adlandırıb.express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar