SON XƏBƏRLƏR

Mənuçehr Mottaki : İRAN GÜRCÜSTANLA RUSİYA ARASINDA VASİTƏÇİ OLMAQ FİKRİNDƏ DEYİL

2021.10.20, 07:36
Mənuçehr Mottaki : İRAN GÜRCÜSTANLA RUSİYA ARASINDA VASİTƏÇİ OLMAQ FİKRİNDƏ DEYİL

Gunaz.tv
İRAN GÜRCÜSTANLA RUSİYA ARASINDA VASİTƏÇİ OLMAQ FİKRİNDƏ DEYİL th122305759.jpg Sentyabrın 17-də Tbilisiyə səfər etmiş İranın xarici işlər naziri Mənuçehr Mottaki Gürcüstan rəhbərləri ilə görüşündən sonra jurnalistlərə açıqlamasında İranın Gürcüstanla Rusiya arasında vasitəçi olmaq niyyəti güdmədiyini deyib. Mənuçehr Mottaki «Media forum» saytının məlumatına görə, Gürcüstan prezidenti Mixail Saakaşvili ilə görüşündən sonra M.Mottaki Tbilisiyə səfərinə «Qafqaz diplomatiyası» adı qoyub: «Burda baş verən son hadisələr hamının narahatlığına səbəb oldu. Biz bölgədəki sülh, təhlükəsizlik və sabitliyin qorunub saxlanmasına önəm verdiyimiz üçün, burda sabitliyin yenidən bərqərar olunması üçün imkanlarımızdan istifadə etmək qərarına gəlmişik. Əlbəttə, bizim bu təşəbbüsümüz Rusiya ilə Gürcüstan arasında vasitəçilik etmək sayılmır. Lakin hesab edirik ki, bir sıra ideyaların irəli sürülməsi hazırkı böhranın çıxılmaz vəziyyətdən çıxmasına yardım göstərə bilər». Mottaki Cənubi Osetiya və Abxaziya münaqişəsində yaranmış böhranın aradan qaldırılması üçün Gürcüstanla Rusiyanı dözümlülük nümayiş etdirməyə çağırıb. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar